İnformasiya Texnologiyaları İnstitutunda uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması problemlərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev internetdə uşaqların psixologiyasına və sağlamlığına mənfi təsir edən çox sayda məlumatın yayıldığını və onların təbliğatını aparan kontentlərin ziyanlı informasiya daşıyıcıları olduğunu bildirib.
Xeberler.az-ın məlumatına görə, o, uşaqların internetin bu kimi təsirlərindən qorunması probleminin dünya səviyyəsində diqqət cəlb edən məsələlərdən olduğunu vurğulayıb.
Beynəlxalq aləmdə bu problemlə bağlı mövcud olan yanaşmalar və çağırışlar haqqında danışan alim bu sahədə İngiltərədə “The Internet Watch Foundation” təşkilatının mühüm rola malik olduğunu deyib.
Onun sözlərinə görə, bu kimi təşkilatlara daxil olan müraciətlər əsasında internetdə rast gəlinən təhlükələrə qarşı mübarizə aparılır.
“Media orqanlarında mütəxəssislər tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılmalı və bu problem populyarlaşdırılmalıdır”.
R.Əliquliyev ölkəmizdə bu sahədə mövcud olan problemlərin araşdırılmasına böyük ehtiyac olduğunu vurğulayıb.
Alim müvafiq qurumlarla birgə bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin önəmini də qeyd edib.
R.Əliquliyev, həmçinin ölkəmizdə bununla bağlı atılacaq addımlardan biri kimi institutun Tədris-İnnovasiya Mərkəzinin nəzdində uşaqların İnternetdə təhlükəsiziliyinin təmin olunması problemləri ilə məşğul olacaq mərkəzin yaradılmasının vacibliyini önə çəkib.
Alim qeyd etdi ki, mərkəzdə əldə olunan məlumatların intellektual analizi bu problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Sonra institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aysel Əliyeva “Uşaqlar üçün daha yaxşı İnternet” mövzusunda məruzə ilə çıxış edib. O, “Uşaqlar üçün daha yaxşı İnternet” layihəsinin “Insafe” şəbəkəsi və İnternet qaynar xətlərinin Beynəlxalq Assosiasiyası tərəfindən birgə həyata keçirildiyini bildirib.
Avropa Təhlükəsiz İnternet Mərkəzləri tərəfindən “Insafe” yardım xətti, “Inhope” qaynar xətti, “Insafe" maarifləndirmə mərkəzləri kimi xidmətlərin göstərildiyini söyləyən məruzəçi Avropada 31 Təhlükəsiz İnternet Mərkəzinin və “Daha yaxşı İnternet” layihəsini yerli, milli və beynəlxalq səviyyədə dəstəkləyən 2000-dən çox qurumun, o cümlədən 90-dan çox Təhlükəsiz İnternet Günü komitələri və dəstəkçilərinin mövcud olduğunu vurğulayıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri