Previous Next
Bağla

“Təhsildə İKT-nin tətbiqi ilə bağlı kadrlar yetişdirilməlidir”

17-01-2017 10:41
 “Təhsildə İKT-nin tətbiqi ilə bağlı kadrlar yetişdirilməlidir”

 “Təhsildə İKT-nin tətbiqi problemlərinin araşdırılması institutun əsas hədəflərindəndir”

Xeberler.az-ın məlumatına görə, bunu  AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun “Elektron təhsil sahəsində problemlər və perspektivlər” mövzusuna həsr olunmuş elmi seminarında çıxışında deyib.

Bu gün dünya təhsil sistemində inqilabi dəyişikliklərin baş verdiyini vurğulayan R.Əliquliyev bu sahədə yeni çağırışlardan danışıb.

Onun sözlərinə görə,  Azərbaycanda e-təhsilin təşkili və distant tədrisin inkişafı həm elm, həm də təhsil müəssisələri qarşısında duran mühüm vəzifələrdəndir.

Bu sahədə dünyanın aparıcı universitetlərinin təcrübəsi, əldə olunan nailiyyətlər və yeni baxışlar araşdırılmalıdır. Alim,  xüsusilə gənclərin bu prosesdə fəal iştirakının zəruriliyini önə çəkib.

“Təhsildə İKT-nin tətbiqi problemlərinin araşdırılması institutun əsas hədəflərindəndir”, – deyə bildirən alim bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsinin vacib olduğunu deyib.

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev bildirib ki, e-təhsil daha geniş istifadəçi auditoriyasına malik olmağa, tədris materialı və xərclərinə qənaət etməyə, uzaq məsafədən dərslər keçməyə imkan verir.

Elektron tədrisin yaradılmasının çoxsaylı aspektlərə malik olduğunu qeyd edən məruzəçi, buraya metodoloji təminat, texniki təminat, proqram təminatı, informasiya təminatı və s. aid olduğunu deyib.  O, e-təhsildə Big data-nın imkanlarından söz açaraq bildirib ki, Big data mütəxəssislərə fərdiləşdirilmiş kurslar təşkil etməyə imkan verir. 

F.Ağayev e-təhsil sahəsində mövcud olan təhlükələr haqqında da məlumat verərək informasiya, psixoloji, didaktik və fiziki təhlükələrdən söz açıb. Onun sözlərinə görə, imtahan verən tələbənin identifikasiyası, tədris resurslarının tamlığının pozulması və qeyri adekvatlığı e-təhsilin normal fəaliyyətinə mane olan təhlükələrdir.

Məruzəçi həmçinin e-təhsil indikatorları, e-learning komponentlərinin idarə edilməsi, e-təhsil və Cloud texnologiyası, e-təhsil sahəsində keçirilən beynəlxalq konfranslar və nəşr olunan elmi jurnallar haqqında ətraflı məlumat verib.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

30-01-2025

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016

Təhsil sistemində proqram təminatı necə qurulub?

02-05-2017

Distant tədrisin elmi-praktiki problemləri müzakirə olunub

13-02-2026

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

E-təhsil mühitinin inkişafı müzakirə edilib

02-12-2016

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurası yaradıldı

23-05-2018

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

“Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı mərkəz yaradılmalıdır”

12-01-2017

Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

17-12-2018

Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

08-01-2025

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020

Big Data konfransı başa çatdı

25-02-2016

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

10-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə