Previous Next
Bağla

Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb

20-11-2019 18:29
Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb

Xeberler.az bildirir ki, 20 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin imzalayıblar.

Memorandum uşaq hüquqları sahəsində müxtəlif layihələrin həyata keçirilməsini və əməkdaşlıq çərçivəsində bu sahədə rəqəmsal hökümət üzrə yeni həlləri dəstəkləyən proqramların, birgə innovativ layihələrin reallaşdırılmasını əhatə edir. Həmçinin ASAN könüllüləri tərəfindən uşaq hüquqlarının təşviq olunması, ictimai maarifləndirmənin artırılması planlaşdırılır.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Agentliyin rəqəmsal hökumət və innovasiyalar sahəsində layihələri, o cümlədən uşaq hüquqlarının qorunması, təbliği, bu istiqamətdə paytaxtda və regionlarda əhalinin maarifləndirilməsi sahəsində məlumat verib. Diqqətə çatdırılıb ki, Memorandum əməkdaşlığın genişləndirilməsində yeni imkanlar yaradacaq.

UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəsi Edvard Karvardin bildirib ki, Uşaq Hüquqları üzrə Konvensiyanın 30-cu ildönümünün qeyd olunduğu bir vaxtda uşaqlar üçün bu hüquqların öhdəlikdən reallığa çevrilməsi məqsədilə tərəfdaşlıqların qurulması vacibdir, Qeyd olunub ki, UNICEF və Dövlət Agentliyi arasındakı bu yeni əməkdaşlıq ölkə boyunca minlərlə ailəni uşaq hüquqları və sosial innovasiyalar barədə çox vacib məlumatlarla təmin etməyə kömək edəcək ki, bu da uzunmüddətli faydalı nəticələr göstərəcək.

Qonaqlar məktəb şagirdlərinin hazırladığı “Uşaq hüquqları Konvensiyası: uşaqların gözündə” sərgisi ilə də tanış olublar.

20 noyabr - Ümumdünya Uşaq Günü kimi qeyd olunur. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları

Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. UNICEF və “ASAN Könüllüləri” Təşkilatı da Uşaq Hüquqları Konvensiyasının 30 illik Yubileyi ərəfəsində müxtəlif tədbirlər həyata keçirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
UNICEF-lə tərəfdaşlığın 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib

UNICEF-lə tərəfdaşlığın 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib

11-12-2018
Uşaq hüquqlarının təşviqi layihəsinə start verilib

Uşaq hüquqlarının təşviqi layihəsinə start verilib

07-11-2018
Rəqəmsal təhlükələrə qarşı beynəlxalq standartlar çərçivəsində mübarizə aparılır

Rəqəmsal təhlükələrə qarşı beynəlxalq standartlar çərçivəsində mübarizə aparılır

15-04-2025
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur

“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur

21-11-2023
Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunub

Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunub

10-11-2015
“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026
Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019
ASAN xidmət-lə Dövlət Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

ASAN xidmət-lə Dövlət Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

15-02-2019
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

20-11-2024
Dövlət Agentliyi Bilik Fondu ilə əməkdaşlığa başladı

Dövlət Agentliyi Bilik Fondu ilə əməkdaşlığa başladı

24-06-2016
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01-06-2026
Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

02-04-2026
“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025
“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir

“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir

16-11-2024
 "ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025
“ASAN xidmət” BƏƏ ilə əməkdaşlığı genişləndirir

“ASAN xidmət” BƏƏ ilə əməkdaşlığı genişləndirir

05-02-2026
BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019
İndoneziya ASAN xidmət modelini seçib-Foto

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Selçuk Bayraktar ilə görüşüb

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Selçuk Bayraktar ilə görüşüb

02-04-2021
Dövlət Agentliyinin beynəlxalq əlaqələri genişlənir

Dövlət Agentliyinin beynəlxalq əlaqələri genişlənir

06-12-2018
Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

03-02-2025
Azərbaycan  və Fransa İKT-nin  inkişafı ilə bağlı yeni sənədlər imzalayıb

Azərbaycan və Fransa İKT-nin inkişafı ilə bağlı yeni sənədlər imzalayıb

15-03-2017
Aviasiya Akademiyası ilə “ASAN xidmət” arasında memorandum imzalanıb

Aviasiya Akademiyası ilə “ASAN xidmət” arasında memorandum imzalanıb

20-11-2025
“ASAN xidmət” təcrübəsi İslam İnkişaf Bankına üzv ölkələrdə tətbiq olunacaq

“ASAN xidmət” təcrübəsi İslam İnkişaf Bankına üzv ölkələrdə tətbiq olunacaq

27-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə