Yaponiyanın e-ticarət şirkəti olan “Rakuten”in qurucusu və icraçı direktoru Hiroşi Mikitani “Viber” platformasının Rusiyanın təbliğatına sinə gərə biləcəyini bildirib.
Xeberler.az məlumat verir ki, bu barədə yaponiyalı sahibkar “Reuters”ə müsahibəsində danışıb.
“Digər sosial şəbəkələrdən fərqli olaraq biz Rusiyanın bütün saxta xəbər və təbliğatını əngəlləmək niyyətimizi aydın göstərmişik”, - Mikitani söyləyib.
Milyarder Rusiya tərəfindən hər hansısa pozuntuların olub-olmaması ilə bağlı suala mənfi cavab verib:
“Keçmişdə Rusiyadan qaynaqlanan məlumat sızıntısı ilə üzləşməmişik. Bəzən, hələ müharibədən öncə, sorğularımız olub ki, onları da rədd etmişik... Bizim təhlükəsizliklə heç bir problemimiz yoxdur”.
Mikitani sorğunun nədən ibarət olduğu və kimdən gəldiyini aydınlaşdırmasa da, “Viber”in heç bir hökumətə məlumat təqdim etmədiyini vurğulayıb.
Qeyd edək ki, əsası 2010-cu ildə qoyulmuş “Viber” messenceri 2014-cü ildə Yaponiyanın “Rakuten” şirkətinə satılıb. (Report)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri