“Wikipedia” tələbələrə tapşırıldı

30-11-2010 / 07:29

Ən iri internet-ensiklopediya olan “Wikipedia” resursu və ABŞ-ın bir sıra ali tədris müəssisəsi “Public Policy Initative” adlı birgə layihələrini təqdim ediblər.

Qarşılıqlı fəaliyyət çərçivəsində tələbələr tərəfindən “Wikipedia” səhifələrində məqalələrin yerləşdirilməsi nəzərdə tutulur. Həmin məqalələr onların kurs işlərinin qiymətləndirilməsi zamanı nəzərə alınacaq. Cari semestr üçün layihədə səkkiz universitetin doqquz professoru iştirak edəcək. Tələbələr isə artıq internet-ensiklopediyada materialların redaktə üsullarını mənimsəyir və müvafiq tapşırıqlar alıblar. Proqram çərçivəsində gənclər nəinki öz məqalələrini yerləşdirməli, həmçinin digər müəlliflərin yazılarını yoxlayıb redaktə etməli olacaqlar. Əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağı gözlənilir. Bir tərəfdən ensiklopediya bir sıra məqalələrini təkmilləşdirəcək və düzgün mənbələrdən informasiya əldə edəcək, digər tərəfdən isə tələbələr humanitar və ictimai elmlər üzrə məlumat axtararkən artıq “Wikipedia”nın xidmətlərindən əlavə digər mənbələrə də müraciət edəcəklər.

“Wikimedia Foundation” nümayəndələrinin sözlərinə görə, onlar digər təhsil müəssisələri ilə də bu cür əməkdaşlıq etməyi və layihənin resursun ingilisdilli versiyadan başqa digər dilləri də əhatə etməsini istəyirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə