“Azercell”in dəstək olduğu “WikiTeam for ICT” layihəsi çərçivəsində “Wikipedia”ya İKT ilə bağlı azərbaycan dilində 600-dən çox məqalə daxil edilib
“Azercell Telekom” MMC, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə həyata keçirdiyi “WikiTeam for ICT” layihəsi yekunlaşıb. 5 ay davam edən layihə çərçivəsində platformada azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib.
Layihənin ilkin mərhələsində Azərbaycanda İKT üzrə şirkətlərin siyahısı hazırlanıb, daha sonra onların dəqiq fəaliyyət növü müəyyən edilərək, haqlarında dolğun məlumatlar bölgülər üzrə “Wikipedia” platformasında yerləşdirilib. Bu istiqamətdə “Wikipedia”da 4 dildə - azərbaycan, türk, rus və ingilis dillərində kateqoriya və siyahılar yaradılıb.
“WikiTeam for ICT” in əsas məqsədi “Wikipedia” platformasında İKT yönümlü dövlət və özəl sektor iştirakçılarını bir araya gətirən ekosistemin qurulması idi. Layihə investor və şirkətlərin Azərbaycanın İKT ekosisteminə rahat çıxışının təmin olunması üçün mövcud sahədə faydalı kontentin yaradılması, internet resurslarında, xüsusən də “Wikipedia”da məqalələrin kateqoriyalar üzrə siyahılandırılmasında dəstəkçi rolunda çıxış edirdi. Bu tip layihələr axtarış və süni intellekt sistemlərində Azərbaycanın İKT ekosisteminin əlçatanlılığının təmin olunmasında mühüm rol oynayır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri