“Windows 10″ Biometrik təhlükəsizlik sistemlərindən istifadə edəcək

19-02-2015 / 12:27

Microsoft FIDO adı verilən (Fast Identification Online) bir təhlükəsizlik sisteminin Windows 10 ilə bərabər həyata keçəcəyini açıqladı. Bu sistem müxtəlif “biometrik” idarə protokolları hazırlayaraq sistemlərin təhlükəsizliyini təmin edəcək.

Biometrik təhlükəsizlik sistemləri, istifadəçilərin fiziki və davranış əlamətlərinə görə fərqlərini  uyğunlaşdıraraq verilən bazada olan qeydiyyatlarla əlaqələndirilib tanıma əməliyyatını yerinə yetirən avtomatik bir sistemlərə verilən addır.

Daha çox müəyyənləşdirilir: şəxsiyyət vəsiqəsi kartları, maqnetik kartlar, açarlar və ya şifrələrin istifadəsində bu funksiyadan istifadə olunur. Məsələn: Barmaq izlәri, gözün torlu qişası,sifət cizgiləri,əlin həndəsəsi,əl venaları,əl imzası,səs, DNT və dodaqların hərəkətinə uyğun olaraq sistemin təhlükəsizliyini təmin edir.

FIDO‘da Windows 10 ilə birlikdə həyata keçiriləcəyi zaman sistemlər istifadəçilərinin fiziki məlumatlarını istifadəçi adı və parol yerinə əvəz etdi. Beləliklə sifəti tanıma, barmaq izinə görə tanıma ,kimi parametrlərlə açılan kömpüterlər dövrü Windows 10 sistemi ilə daha da artacaq və zamanla təhlükəsizlik üçün daha da çox istifadə olunacaq. FIDO ancaq kompüterinizi açdığınızda işləyəcək sonra bağlanacaq bir sistem olaraq hazırlanmayıb.Bundan əlavə bu sistem istifadəçi kompüterin istifadəsində olduğu müddətdə onun hərəkətlərini  idarə edərək istifadəçinin kömpüteri açdıqdan sonra dəyişib dəyişmədiyindən də əmin olmağı hədəfləyir.

                                                                                      Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə