Xakerlər fevralın 7-də şirkətin Amerika saytında yaranan nasazlıqdan istifadə edərək resursun məlumat bazalarının siyahısını yayıblar. Guya bu məlumatlar istifadəçilər haqqında informasiyalar, məhsullarda olan səhvlərin və internet-mağazaların aktivləşdirmə kodlarıdır.
Cinayətkarların sözlərinə görə, məlumat bazasına çıxış üçün SQL-inyeksiyalar texnikası istifadə olunub ki, onların vasitəsilə serverə ünvan sətrindən məlumat bazaları komandaları verilib.
“Kasperskiy Laboratoriyası”nın mətbuat xidmətində xakerlərin hücumu zamanı saytda nasazlıq olduğu faktı təsdiqlənib. Əməkdaşların dediyinə görə, nasazlıq aşkar olunandan 30 dəqiqə sonra aradan qaldırılıb. Ekspertlərin məlumatına görə,
“Kasperskiy Laboratoriyası”nda baş verən nasazlıq kəskin xarakter daşımırdı və məlumatlara çıxışın icazə verilməməsi təhlükələri olmayıb.
“Kasperskiy Laboratoriyası”nın xarici resursları SQL-inyeksiyalar vasitəsilə ilk dəfə sındırılmır. 2008-ci ilin iyulunda bu “qayda ilə” şirkətin Malayziyada olan saytı dağıdılmışdı. Saytın ana səhifəsi ilə birlikdə internet-mağazası da dağılmışdı.
Qeyd edək ki, “Kasperskiy Laboratoriyası” antivirus məhsulları və İT-təhlükəsizlik bazarında əsas şirkətlərdən biridir.
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət