Previous Next
Bağla

Xarici vətəndaşlar Azərbaycanda beynəlxalq ödəniş kartları əldə edə bilərmi?

16-11-2023 12:25
Xarici vətəndaşlar Azərbaycanda beynəlxalq ödəniş kartları əldə edə bilərmi?

Hazırda dünyada baş verən qlobal proseslər, işsizlik və digər amillər səbəbindən insanlar öz ölkələrini tərk edir, qanuni və ya qeyri-qanuni yolla başqa ölkələrdə yaşamağa və çalışmağa başlayırlar. Vətəndaşların köç etdiyi ölkələr sırasında multikultural dəyərləri və sabitliyi ilə seçilən Azərbaycan da var. Bəs həmin ölkə vətəndaşları Azərbaycanda beynəlxalq ödəniş kartlarını əldə edə bilərlərmi? Bununla bağlı hansı tələblər var?

Mövzu ilə bağlı “Report”un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, rezidentlik statusundan asılı olmayaraq hesaba bağlı ödəniş kartlarının verilməsi xidməti “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”, “Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları”, habelə “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar"ı ilə tənzimlənir.

"Belə ki, hesabların açılması zamanı istər rezident, istərsə də qeyri-rezident şəxslərin müştəri uyğunluğu tədbirləri həyata keçirilir və nəticəsinə müvafiq olaraq banklar tərəfindən hesabların açılması və aparılması barədə qərar qəbul edilir. Odur ki, banklar tərəfindən bank hesabının açılması üçün müraciət edən şəxslərdən sözügedən Qaydaların tələblərinə uyğun olaraq məlumatlar əldə olunur. Bu xüsusda, müştəri profili üzrə risk qiymətləndirməsi həyata keçirilir və müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumatlar verifikasiya edilir", - deyə AMB-dən məlumat verilib.

Beləliklə, əgər şəxs müştəri uyğunluğu və məlumatların verifikasiyası proseslərindən keçə bilirsə bank hesabı aça və müvafiq ödəniş kartı verilə bilər.

"Report"a açıqlama verən “MasterCard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal bildirib ki, hər hansı bir ölkənin vətəndaşının Azərbaycanda yaşamaq icazəsi varsa, burada kirayə haqqı, kommunal xərcləri ödəyirsə, bankların dəyərləndirməsindən müsbət keçibsə, Azərbaycanın yerli və “MasterCard”ın qlobal tələblərinə görə şirkətin kartını əldə etməsi mümkündür. Burada heç bir ölkə vətəndaşına məhdudiyyət yoxdur. Lakin vətəndaş turist kimi gəlibsə və qısa müddətdən sonra öz ölkəsinə dönəcəksə o zaman səfər etdiyi ölkədə “MasterCard”ın kartını əldə etməsi qaydalara uyğun deyil.

“Visa” beynəlxalq kart təşkilatının mətbuat xidmətindən “Report”a verilən açıqlamada isə qeyd edilib ki, “Visa” emitenti kartların emissiya ilə bağlı əməliyyatlarını həyata keçirmək üçün lisenziyası olduğu ölkədən kənarda müştərilərə müraciət edə və ya “Visa” kartları buraxa bilməz: "Bu qayda uzun illərdir ki, mövcuddur və bütün regionlarda tətbiq olunur. Bütün “Visa” məhsulları bu təşkilatın qaydalarına və qüvvədə olan qanunlarına uyğun olaraq verilməlidir. Buraya müştəriləri tanımağa dair tələblər (“Know Your Client”) və çirkli pulların yuyulması ilə mübarizə də (“Anti-Money Laundering”) daxildir".

Şirkət tərəfindən əlavə edilib ki, xarici vətəndaşa başqa ölkədə çalışarkən iş icazəsi verilir: "Verilən icazəyə əsasən onlara kartların verilməsi məsələsinə baxılır. Burada daha çox ölkənin qoyduğu qanunlara diqqət yetirilir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Visa işğal olunmuş ərazilərdə fəaliyyətini tam dayandırıb

15-07-2019

Azərpoçt-dan yeni ödəniş kartı

01-02-2018

Mərkəzi Bank banklara göstəriş verib

10-04-2025

"Açıq Bankçılıq" üzrə maksimum köçürmə limiti açıqlanıb

14-05-2026

Azərpoçt Debit kartlarının emissiyasına başlayıb

24-07-2019

Azərbaycanda qeyri-bank təşkilatları "Açıq bankçılığ"a qoşula biləcəklər

14-05-2026

AtaBank daha bir yeniliyə imza atdı

11-03-2019

Nikoyl Bank təmassız plastik kartları tətbiq etdi

02-10-2015

Visa Token xidməti istifadəyə veriləcək

09-09-2019

ABB Tam Visa kartını təqdim etdi

16-01-2026

İran MasterCard beynəlxalq ödəniş sisteminə qoşulub

15-08-2016

Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq

22-06-2023

Hesab.az Xalq Bank ilə əməkdaşlıq edəcək

03-04-2020

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsini l oxunuşda təsdiqləndi

24-06-2023

DəmirBank plastik kartlar üzrə əlavə xidmətlər təklif edir

12-10-2015

AMB NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsinə münasibət bildirib

06-05-2026

Expressbank MasterCard Concierge kartlarını təklif edir

21-10-2015

Azərbaycanda elektron pul emissiya ediləcək

22-06-2023

Apple Pay və Google Pay-in tətbiqi üçün infrastruktur yaradılır

10-09-2019

AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edilib

08-12-2025

Visa və MasterCard kiberfırıldaqçılıqla mübarizəyə başlayır

17-10-2015

Mastercard-ın Azərbaycan və Türkiyə üzrə yeni Baş Direktoru təyin olunub

02-06-2022

"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

13-06-2023

Mərkəzi Bank “Tiko Azərbaycan”a lisenziya verib

11-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə