İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə oyun yaradıcıları üçün qlobal kommersiya platforması olan “Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib.
Xeberler.az məlumat verir ki, görüşdə İRİA-nın “Xsolla” ilə ötən ildə başlayan tərəfdaşlığının yeni perspektivləri və bu xüsusda ekosistemin inkişafı müzakirə edilib. Bununla yanaşı, ölkənin oyun studiyaları “Xsolla”nın nümayəndələri ilə fikir mübadiləsi aparıb və şirkətlə əməkdaşlığın yaradacağı geniş imkanları nəzərdən keçiriblər.
İRİA-nın sədri Fərid Osmanov bildirib ki, son dövrdə ölkədə oyun sənayesinin sürətli inkişafı müşahidə edilir: “2024-cü ildə Azərbaycanda oyun studiyalarının sayı 40% artaraq 24-ə yüksəlib. Bu, oyun yaradıcılığına olan böyük marağın göstəricisidir və biz də İRİA olaraq bu sahənin inkişafına töhfə verməyə davam edirik”. F. Osmanov vurğulayıb ki, “Xsolla” ilə tərəfdaşlıq yerli oyun studiyaları üçün qlobal bazara, investisiyalara və qabaqcıl təcrübəyə əlçatanlığı təmin etməklə yanaşı, ölkənin bu sahədə regional liderə çevrilməsi yolunda əhəmiyyətli rol oyanacaq.
Görüşdə “Xsolla” şirkətinin regional icraçı direktoru Fuad Kərimov Azərbaycanda oyun sənayesinin dinamik inkişafı üçün böyük potensialın olduğunu qeyd edib və şirkətin ölkədə planlaşdırdığı layihələr haqqında ətraflı məlumat verib. Belə ki, “Xsolla”, Azərbaycan şirkəti “StarNest” və “PAŞA Holding”in tərəfdaşlığı çərçivəsində oyun yaradıcıları üçün təlim mərkəzi - “Xsolla StarNest Academy”nin yaradılması istiqamətində hazırlıq işləri gedir.
İRİA mərkəzin strateji inkişafını dəstəkləyəcək. Bundan əlavə, yerli oyun studiyaları üçün inkubasiya proqramı başladılacaq. Proqrama seçilən oyun studiyaları beynəlxalq ekspertlərdən dəstək alacaq, oyunlarını geniş ictimaiyyətə təqdim etmək və biznesin inkişafı üçün pul mükafatı almaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, İRİA 2024-cü ilin dekabrında “Xsolla” ilə tərəfdaşlığa başlayıb. Tərəfdaşlığın məqsədi Azərbaycanın oyun studiyaları üçün təlim, texnologiya, maliyyə resursları və qlobal bazara çıxış imkanlarını genişləndirməkdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri