“Yahoo” rəqəmli fotoşəkillərin tanınması sistemini tətbiq edəcək

24-10-2013 / 00:52

“Yahoo!” şirkəti daha bir satınalma həyata keçirib. Bu dəfə şirkət “Flickr” fotohostinqi üçün texnologiya aktivini satın alıb.

“Yahoo!”dan bildirilib ki, “LookFlow” startapını satın almaqla onlar internetdə fotoalbomların təşkili, həmçinin rəqəmli fotoşəkillərin tanınması sahəsində yeni alətlər üzərində hüquq əldə ediblər. Sazişin maliyyə şərtləri açıqlanmayıb. Xatırladaq ki, “Yahoo”nun indiki baş direktoru Marissa Mayerin idarəçiliyi dövründə şirkət artıq startapların satın alınması üzrə təxminən 20 saziş həyata keçirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə