Yaradıcı insanlarla bağlı multimedia portalı yaradılıb

13-11-2013 / 12:48
Azərbaycan internet məkanında ilk dəfə olaraq yaradıcı insanlarla bağlı multimedia portalı yaradılıb. www.myworkroom.netc saytında ölkəmizdə yaşamış və yaşayan ictimai xadimlərlə videomüsahibələr və fotolar yer alır.
 
Xəbərlər-in verdiyi məlumata görə, bu barədə Əziz Kərimov bildirib ki, portalda müsahiblərin peşələrindən kənar həyatlarını, düşüncələri ön plana çıxarılır:
 
"Çəkilişlər əsasən müsahiblərin çalışma otaqlarında  aparılır. Bu üsulla əşyalar sahibləri haqqında məlumat verir. Müsahibin oxuduğu kitablar, kolleksiyası, şəxsi fotoları, bir sözlə, çalışma otağını və orada həmin şəxsə dəyərli olan əşyaları önə  çıxarmağa çalışmışıq. Qeyd edim ki, hazırda Azərbaycanda çoxlu sayda saytlar fəaliyyət göstərir. Demək olar ki, bütün sahələri əhatə edən elmi, siyasi, sosial, əyləncə və s. saytlar var. Amma multimedia tipli sayt yoxdur.
 
Düşünürük ki, bu sayt Azərbaycan internet məkanında özünün yeri olacaq. Çalışmışıq, bu sayt hamı üçün maraqlı olsun. Portal əyləncə xarakteri daşımır. Daha çox müsahiblərin alternativ fikirlərini önə çıxartmaqdan ibarətdir".
 
Portalın ingilis dilində yaradılmasının səbəblərini açıqlayan Ə.Kərimov bildirib ki, burada məqsəd xaricdə Azərbaycan şəxsiyyətləri haqda fikir formalaşdırmaq, onları tanıtmaqdır.
 
 
 
Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə