Məlumat verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2017 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb.
Bu il Müsabiqəyə 18 Nominasiya üzrə 392 internet resurs təqdim edilib.
Onlardan yalnız Qaydalara uyğun olan 291 resurs Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
Bu il ilk dəfə olaraq mobil tətbiqlər və sosial media resursları ayrı nominasiyalarda müsabiqəyə qəbul edilib.
Müsabiqəyə qəbul olunan 186 sayt, 45 mobil tətbiq və 60 sosial media resursunun 1-ci mərhələ qiymətləndiriıməsində 23 nəfərlik Münsiflər Heyətindən 22 münsif iştirak edib.
Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.
İlk olaraq MilliNet-in “Korporativ saytlar” və “İctimai –sosial saytlar” Nominasiyası üzrə nominant statusu alan saytların adlarını təqdim edirik.
“Korporativ saytlar”
Bunlar “Larose.az”, “ASB.az” , “Baxi.az”, “Suruculukkurslari.az” və “Nakhitsolutions.com” saytlarıdır.
İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.
Larose.az- Onlayn-butik Ssevdiyiniz brend ətirlərini Bakıda münasib qiymətlərlə əldə etmək imkanını yaradır. Onlayn mağazada dünyanın ən məhşur ticarət brendlərinin qadın və kişi ətirlərinin geniş seçimi təqdim olunub. Sayt 2 dildə ( Azərbaycan, rus) fəaliyyət göstərir.
ASB.az- Sayt unikal dizayna malikdir. Vizual olaraq slayder iki hissəyə bölünüb: hüquqi şəxslər və fiziki şəxslər üçün. Saytda onlayn olaraq kretit sifarişi, kart sifarişi və digər onlayn xidmətlər yer alıb. Əlavə olaraq individual çat sistemi qurulub və sayt idarəetməsindən müstəqil idarəetmə panelinə malikdir. Sayt 3 dildə ( Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.
Baxi.az -Saytın missiyası istəklərinizə uyğun doğru analiz edib, uyğun və sərfəli təklifləri edən, müasir idarə etmə sistemini quraraq öz sahəsində ehtiyac duyulan brend bir firmaya çevrilməkdir. Sayt 3 dildə ( Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.
Suruculukkurslari.az- Xanımlar üçün sürücülük kurslarında peşəkar qadın sürücülər (təlimçilər) sizə avtomobil idarə etməklə yanaşı, yol hərəkəti qaydalarını ən doğru şəkildə öyrədir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Nakhitsolutions.com- Sayt müasir İT həlləri təklif edir. Resurs yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
“İctimai –sosial saytlar”
Bunlar “Mok25.az”, “Gojob.az”, “Siyahi.az”, “Hr-az.com”, “Vakansiya.biz” saytlarıdır.
Mok25.az- Sayt Azərbaycan Milli Olimpiya Komitəsi 25 illik yubileyi münasibəti ilə yaradılıb. Resurs yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Gojob.az- GoJOB.az iş axtaranlar üçün yeni onlayn platformadır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Siyahi.az- Ölkəmizdə ilk dəfə olaraq bütün peşə sahiblərinin vahid kataloqunu təqdim edir. Bununla yanaşı vakansiyalar,endirim və kampaniyalar,həmçinin şirkətlərin də siyahisi mövcuddur. Saytda elan yerləşdirmək ödənişsizdir. Resurs yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Hr-az.com- Azərbaycanın ilk HR portalıdır. Sayt Azərbaycanda İnsan Resurslarının idarə edilməsi ilə yanaşı, menecment, biznesin idarə edilməsi və şəxsi inkişafla bağlı bir sıra elmi araşdırmaları, məqalələri və xəbərləri oxuculara təqdim edərək insanların maariflənməsi, karyera seçimi və seçilmiş karyerada inkişafı üçün faydalı bilgilər verir. Resurs yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Vakansiya.biz- Sayt onlayn iş elanlarının yerləşdirilməsi, onlara müraciətin asanlaşdırılması və onlayn formada CV yaradılması üçün hazırlanıb. Gün ərzində vakansiyalar yerləşdirilir ki, iş axtaran hər bir kəs onlara onlayn müraciət edə bilər. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri