MilliNet 2016-nın Nominantlarını tanıyaq

12-12-2016 / 11:23

Milli İnternet Mükafatı - Milli Net 2016 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. 

Məlumat verdiyimiz kimi, bu il müsabiqəyə 11 Nominasiya üzrə 303 sayt təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 238 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda  MilliNet-in “Korporativ saytlar” Nominasiyası üzrə nominant statusu alan saytlar haqda məlumat vermişdik.

Bu dəfə isə MilliNet-in “İctimai-sosial saytlar” Nominasiya üzrə seçilən saytları təqdim edirik.

Bunlar “İreli.az”, “Greenbaku.az”, “Adem.az”, Yaaz.az”, “Stajer.az”, “İdeya.az”, “Termin.openbox.az” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

İreli.az - İrəli İctimai Birliyinin rəsmi saytıdır. Saytda Birliyin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumatlar yayımlanır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Greenbaku.az- Sayt Azərbaycanda ekoloji maarifləndirməni və ölkədə tullantı problemini əhaliyə çatdırmaq hədəfini tutub. Hazırda bu istiqamətdə işlər aparılır, layihələr və məhsullar barədə məlumatlar yer alıb. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Adem.az- Saytda kişi sağlamlığı, bədənə qulluq, fitnes, düzgün geyim tərzi, texnologiya yenilikləri,  psixologiya, qidalanma və s. kimi müasir kişilərin bütün həyatları ilə bağlı məlumatlar toplanıb. Sayt yalnız Azərbaycan dilində  fəaliyyət göstərir.

Yaaz.az - Cəmiyyətdə baş verən güncəl mövzular, ictimai və sosial fəaliyyətlər, aktivitilər, yeniliklər ilə bağlı informasiya bazarında fərqli cığır yaratmağı planlaşdırır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Stajer.az – Saytın yaradılmasında əsas məqsəd iş təcrübəsi qazanmaq istəyən tələbələr, orta və ali təhsilli məzunlar və gənc iş-axtaranlar üçün ilkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanlarını vahid platformada birləşdirməkdir. Saytda yalnız heç bir ilkin iş təcrübəsi tələb etməyən vakansiya elanlar yerləşdirilir. Sayt yalnız Azərbaycan dilində  fəaliyyət göstərir.

İdeya.az -ASAN xidmət mərkəzlərinin və dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün vətəndaşlardan ideyaların toplanması məqsədilə yaradılıb. Dolayısı ilə vətəndaşlar verdikləri ideyalar ilə müsbət dəyişikliklərə töhfə verməklə yanaşı dövlət orqanın qərar qəbul etməsi prosesində bilavasitə iştirak etmiş olur. Sayt yalnız Azərbaycan dilində xidmət göstərir.

Termin.openbox.az -Lüğətdə İKT sahəsində istifadə olunan ümumi terminləri əhatə edilib. Terminoloji lüğət İKT sahəsində çalışan mütəxəssislər, tələbələr, proqramçılar üçün nəzərdə tutulub. Sözü gedən sahənin bütün istiqamətləri - kompüter texnikası, alqoritmləşdirmə və proqramlaşdırma, əməliyyat sistemləri, informasiya sistemləri, süni intellekt sistemləri, informasiya təhlükəsizliyi, İnternet şəbəkəsi üzrə ingiliscə-azərbaycanca terminlər toplanıb və onların Azərbaycan dilində izahı verilib. Sayt yalnız Azərbaycan dilində xidmət göstərir.

Qeyd edək ki, istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Delta Telecom, BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə