Previous Next
Bağla

MilliNet-də Nominant statusu alan bloqlar

13-12-2016 11:49
MilliNet-də Nominant statusu alan bloqlar

Milli İnternet Mükafatı - Milli Net 2016 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. 

Məlumat verdiyimiz kimi, bu il müsabiqəyə 11 Nominasiya üzrə 303 sayt təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 238 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda  MilliNet-in  “İctimai-sosial saytlar” Nominasiyası üzrə nominant statusu alan saytlar haqda məlumat vermişdik.

Bu dəfə isə MilliNet-in “Bloqlar” Nominasiya üzrə seçilən saytları təqdim edirik.

Bunlar “Saturdaymenu.com”, “Sayyeahblog.com”, “Median.cafe”, “Sey-yah.com”, “Cahid.info” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Saturdaymenu.com - Bloqda Aygün İslamzadə tərəfindən sınanmış və şəkilləri çəkilmiş reseptlər Azərbaycan dilində detallı şəkildə yazılıb. Şəkillər və mətnlər müəllifə məxsusdur.  Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Sayyeahblog.com-Müəllifin öz şəxsi təcrübələrindən yola çıxaraq yazdığı səyahət məqalələrinin toplusudur. Zaman-zaman digər səyahət yazarlarının da yazıları dərc olunur.  Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Median.cafe- Saytda peşəkarlar tərəfindən media və jurnalistika haqqında aktual analizlər yer alıb. Belə ki, gündəmdə olan mövzular araşdırılır, onlar barədə ətraflı şərh verilir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Sey-yah.com-  Sayt  turizm bloqu kimi  fəaliyyət göstərir. Məqsəd Azərbaycanın turizm potensialını tanıtmaq, o cümlədən dünyada turizm yenilikləri, qaynar turlar, ucuz bilet aksiyaları, otellər, restoranlar barədə insanları məlumatlandırmaqdır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Cahid.info- Bloqda Cahid İsmayıloğlunun elmi, publisistik, ədəbi-bədii, ictimai fəaliyyətini əks etdirən müxtəlif səpkidə yazılar toplanmış, fəaliyyəti işıqlandırılır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Qeyd edək ki, istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Delta Telecom, BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MilliNet 2016 Nominantları hansı saytlardır?

16-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

15-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2017

MilliNet 2016-nın Nominantlarını tanıyaq

12-12-2016

Milli Net 2015 Nominantlarını tanıyaq

04-12-2015

MilliNet 2017 nominantı kimlərdir?-İcmal

08-12-2017

Milli Net-də Nominant statusu alan növbəti saytlar

08-12-2015

Milli Net-də Nominant statusu alan “Bloqlar”

07-12-2015

MilliNet 2016 Nominantları hansı saytlardır?

10-12-2016

MilliNet 2016 Nominantları hansılardır?

17-12-2016

MilliNet 2017-nin nominantlarını tanıyaq

07-12-2017

Milli Net-də Nominant statusu alan növbəti saytlar

14-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

15-12-2015

MilliNet 2017 Nominantları hansı saytlardır?

11-12-2017

MilliNet-də Nominant statusu alan növbəti saytlar

09-12-2017

MilliNet-də Nominant statusu alan növbəti saytlar

17-12-2016

Milli Net-də Nominant statusu alan ictimai-sosial saytlar

17-12-2015

Milli Net 2015 Nominantları hansı saytlardır?

03-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

12-12-2015

Milli İnternet Mükafatının Nominantları seçilib

08-12-2016

Milli Net-in “Elektron hökumət” nominasiyasında yer tutan saytlar

10-12-2015

Milli Net-in “Elm və təhsil” nominasiyasında yer tutan saytlar

09-12-2015

Milli İnternet Mükafatının Nominantları seçilib

02-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə