Previous Next
Bağla

MilliNet 2016 Nominantları hansılardır?

17-12-2016 11:53
MilliNet 2016 Nominantları hansılardır?

Milli İnternet Mükafatı - Milli Net 2016 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. 

Məlumat verdiyimiz kimi, bu il müsabiqəyə 11 Nominasiya üzrə 303 sayt təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 238 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda  MilliNet-in " "Ailə, uşaq və sağlamlıq” Nominasiyası üzrə nominant statusu alan saytlar haqda məlumat vermişdik.

Bu dəfə isə MilliNet-in " Elm və təhsil”, “Elektron hökumət”  Nominasiyaları üzrə seçilən saytlarını və  haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

İlk olaraq "Elm və təhsil” Nominasiyası üzrə nominant statusu alan saytları təqdim edirik:

Kitabyurdu.az- Sayt Azərbaycan, türk, rus, ingilis dilində elektron kitab, mühazirə məqalə paylaşım portalıdır.

Xaricdetehsil.news- Saytın məqsədi Azərbaycan gəncliyinin sahib ola biləcəyi uğurlara vasitəçi olmaqdır. Gənclərin xaricdə yüksək səviyyədə təhsil almaq, həm də xarici dünya tələblərini öyrənmək, arzuladığı ölkədə yaşayaraq təhsilini davam etdirmək  arzusunu həyata keçirməyə yardım edir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

İe.qu.edu.az-Qafqaz Universiteti, Sənayenin Təşkili və İdarə edilməsi kafedrasının rəsmi internet ünvanıdır. Sayt tələbələrin dərs cədvəllərindən və imtahan tarixlərindən xəbərdar olması, dərs materialları və ixtisas kitablarını yekləyə bilməsi, hazır sənəd formaları ilə tanış ola bilməsi, tədbirlər və elanlardan məlumatlı ola bilməsi üçün hazırlanıb. Sayt 2 dildə ( Azərbaycan və ingilis) fəaliyyət göstərir.

Z-aliyeva.edu.az- Akademik Zərifə Əliyeva adına liseyin veb saytıdır. Burada müəllimlər, şagirdlər və məzunlar haqqında məlumatlar yerləşdirilib. Saytda liseyin fəaliyyəti əks olunur və daim yenilənir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Yasilelm.com- Yaşıl Elm ən son elmi yeniliklər və elmi mqalələr dərc edən, heç bir qazanç güdməyən sosial platformadır. Saytda müxtəlif elm sahələri üzrə xəbərlər və məqaləər yer alır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Asanschool.az- ASAN School-un məqsədi Azərbaycanda könüllü fəaliyyətinin təkmilləşdirilməsidən və potensial kadr təminatını həyata keçirməkdən ibarətdir.

Ekitab.net- Sayt Azərbaycan təhsilinə dəstək olmaq məqsədi ilə yaradılıb.  Yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

“Elektron hökumət” Nominasiya üzrə seçilənlər:

Maarifci.az- “Maarifçi" Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələri tərəfindən təsis edilib. Fond tələbələr üçün yaradılmış fonddur. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Dxr.az- Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestridir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Exidmet.justice.gov.AZ:8081- Saytda qanunvericilikdə nəzərdə tutulmuş və Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər yer alıb. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Eco.gov.az- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytıdır. Respublika ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılmasını işıqlandırır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

E-emdk.gov.az- Portal ƏMDK-nın faəliyyət sahələri üzrə təşkil edilmiş elektron xidmətlərin vahid mərkəzdən istifadə edilməsi məqsədilə yaradılıb. Elektron xidmətlərdən vətəndaşların və hüquqi şəxslərin daha rahat istifadə edə bilməsi məqsədi ilə Portalda müraciətlər üçün ərizə formaları, dövlət rüsumu, xidmət haqqı tarifləri barədə məlumatlar, inzibati reqlamentlər, video çarxlar, nəşrlər və statistik məlumatlar, rəy və təkliflərin öyrənilməsi üçün müvafiq bölmə və s. mövcuddur. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Sehiyye.gov.az- Səhiyyə Nazirliyinin rəsmi internet saytı səhiyyə sistemində həyata keçirilən köklü islahatlar, yeniliklər, son xəbərlər və ümumilikdə cəmiyyəti maraqlandırn məlumatlarla zəngindir. Sayt gündəlik yenilənir və onun daha da yaxşılaşdırılması üzərində iş gedir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Supremecourt.gov.az- Azərbaycan Respublikası Ali Məhkəməsinin internet səhifəsidir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Qeyd edək ki, istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Delta Telecom, BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MilliNet 2016 Nominantları hansı saytlardır?

16-12-2016

MilliNet-də Nominant statusu alan bloqlar

13-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

15-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

09-12-2017

Milli Net 2015 Nominantlarını tanıyaq

04-12-2015

MilliNet 2016-nın Nominantlarını tanıyaq

12-12-2016

Milli Net-in “Elm və təhsil” nominasiyasında yer tutan saytlar

09-12-2015

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2017

MilliNet 2017 Nominantları hansı saytlardır?

11-12-2017

MilliNet 2017 nominantı kimlərdir?-İcmal

08-12-2017

MilliNet-də Nominant statusu alan növbəti saytlar

17-12-2016

MilliNet 2017-nin nominantlarını tanıyaq

07-12-2017

MilliNet 2016 Nominantları hansı saytlardır?

10-12-2016

Milli Net-in “Elektron hökumət” nominasiyasında yer tutan saytlar

10-12-2015

Milli Net 2015 Nominantları hansı saytlardır?

03-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

12-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

08-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

15-12-2015

Milli Net-də Nominant statusu alan ictimai-sosial saytlar

17-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

14-12-2015

Gürcüstan azərbaycanlıları ilə bağlı yeni xəbər saytı yaradılıb

04-12-2010

Rus və ingilis dilində Azərbaycanda fəaliyyət göstərən hotel saytları

10-12-2015

Milli İnternet Mükafatının Nominantları seçilib

08-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə