Previous Next
Bağla

Yaşıl informasiya texnologiyaları nədir?

29-09-2017 13:23
Yaşıl informasiya texnologiyaları nədir?

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl İKT: mövcud vəziyyəti, imkanları və problemlər” haqqında məruzə dinlənilib.

Bildirilib ki, yaşıl informasiya texnologiyaları (İT) – Green IT (Green computing) informasiya-kommunikasiya texnologiyalarının (İKT) istifadəsində əmələ gələn mənfi fəsadların və ətraf mühitə vurulan zərərli təsirlərin azaldılmasına yönəldilən təşəbbüsdür.

Bu təşəbbüs elmin son nailiyyətləri, inzibati resurs (qanunlar, standartlar, sertifikatlar) və ekoloji mədəniyyət və ya təfəkkürün formalaşmasına əsaslanır. O, Green Computing-in ilk dəfə 1992-ci ildə ABŞ ətraf mühitin mühafizəsi idarəsi tərəfindən təklif olunduğunu vurğulanıb.

Xeberler.az bildirir ki, yaşıl verilənlərin emal mərkəzlərinin (VEM) inkişafı haqqında məlumat verilib. Qeyd edilib ki, 2016-cı ildə ən yüksək göstərici Şimali Amerikada müşahidə olunub.

Sonra VEM-də enerji sərfiyyatının paylanmasından danışılıb. Qeyd edilib ki, enerji sərfiyyatının azaldılması məqsədilə Microsoft şirkəti öz VEM-ni su hövzələrində yerləşdirir. Ekoloji riskləri törədən soyuducu sistemlərdən imtina olunur: Yeni maqnit təsirli soyuducu sistemlər sənaye üsulu ilə istehsal olunmağa başlanılır.

Həmçinin, Bloom Energy server haqqında məlumat verilib. Bildirilib ki, bu layihənin əsas vəzifəsi enerjini VEM-in içində yaratmaqdır. Adi VEM-lər şəhərin enerji infrastrukturundan istifadə edir. 21-ci əsr VEM-in birbaşa vəzifəsi müstəqil enerjidən istifadə etməsi və maliyyə xərclərinin yetərincə azaldılmasıdır.

Məlumata görə, havanın çirklənməsi ekoloji risk kimi ən böyük təhlükə olaraq qalır. Dünya səhiyyə təşkilatının məlumatına əsasən  hər il havanın çirklənməsi nəticəsində 7 milyon insan həlak olur. Yaşıl İKT və bu sahədə istifadə oluna biləcək texnologiyalar milyonlarla insanı xilas edə bilər.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yaşıl İT sahəsində problemlər araşdırılır

02-05-2018

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024

AMEA HP və IBM şirkətləri ilə VEM-in yaradılması ilə əlaqədar danışıqlar aparı

25-02-2011

Cisco-nun təşkil edəcəyi konfransın proqramı açıqlanıb

13-05-2015

Yaşıl transformasiya kontekstində e-dövlətin vəzifələri və problemləri araşdırılır

31-10-2024

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024

Yaşıl gömrük təşəbbüsü gömrük proseslərinin rəqəmsallaşdırılmasını tələb edir

20-11-2024

Samsung-dan Ekoloji telefon

05-10-2009

Nazir: Ekoloji dəyişiklikləri izləmək üçün peyk müşahidələrindən fəal istifadə edilir

16-11-2024

“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” adlı seminar keçirilib

04-11-2024

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

Ekoloji maarifləndirməyə dair videoçarx hazırlanıb-Video

11-04-2016

“Startup School” məzunları “Failory” beynəlxalq platformasında yer alıb

19-02-2026

Yosunların köməyilə mobil qurğuları enerji ilə doldurmaq mümkün olacaq

24-12-2015

Bakıda ilk dəfə “Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik” adlı forum keçiriləcək

07-05-2015

Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum işə başlayıb

10-12-2018

“İşğaldan azad edilmiş ərazilərdə radiasiya təhlükəsizliyi təmin edilməlidir”

31-10-2022

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

24-09-2024

DGK sədri: Müasir texnologiyalar gömrük orqanları üçün yeni imkanlar yaradır

20-11-2024

"Green Hackathon" proqramına qeydiyyatın bitməsinə 1 gün qaldı!

17-10-2024

Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

21-08-2025

Azərbaycan BMT ilə “yaşıl enerji” layihələri işləyəcək

11-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə