Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl innovasiyalar və ətraf mühitin qorunması" mövzusunda konfrans keçirilib.
Xeberler.az bildirir ki, konfransda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, bələdiyyələr iştirak ediblər. Konfransda, həmçinin canlı bağlantı vasitəsilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov, Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev, Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov və COP29 Azəbaycan Əməliyyat Şirkətinin İşçi qüvvəsi departamentinin kommunikasiyalar və təlimlər sektorunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Tural Hümbətov məruzəçi qismində çıxış ediblər.
Konfransı giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli bu il ölkəmizdə keçiriləcək COP29 Konfransının əhəmiyyətindən bəhs edib, beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində Azərbaycanın zəngin təcrübəyə malik olduğunu vurğulayıb. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi ilə bağlı dövlət başçısının Sərəncamına toxunan İcra Hakimiyyətinin başçısı yaşıl innovasiyaların və ətraf mühitin qorunmasının müasir dünyada dayanıqlı inkişafın təməlini təşkil edən əsas istiqamətlərdən biri olduğunu qeyd edib, ölkəmizdə qəbul edilən strateji proqramlarda ekoloji problemlərə qarşı mübarizənin prioritet məsələlərdən biri kimi müəyyən edildiyini bildirib. Rəcəb Rəhimli Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında külək elektrik stansiyalarının və günəş enerjisi layihələrinin həyata keçirilməsinin bu istiqamətdə atılmış önəmli addımlardan biri olduğunu nəzərə çatdırıb. Çıxışda, həmçinin yaşıl innovasiyaların inkişafının yalnız texnologiya və dövlət siyasəti ilə məhdudlaşmadığı, məhsuldar əməkdaşlıq üçün özəl sektor və vətəndaş cəmiyyətinin birgə rolunun əhəmiyyəti qeyd edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri