Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələri arasında Beynəlxalq Təhsil Günü münasibətilə STEAM təhsili üzrə “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib.
Xeberler.az məlumat verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifələrinin müvəqqəti icraçısı Şikar Hüseynov son illər dünyada elm və texnologiyalar sahəsində sürətli inkişafın, əldə edilən əhəmiyyətli nailiyyətlərin qarşıya yeni vəzifələr qoyduğunu deyib. Qeyd edilib ki, şagirdlər texnologiyalar vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya bilir. Bu günə kimi muxtar respublikanın 154 təhsil müəssisəsində STEAM kabinələrinin yaradıldığını diqqətə çatdıran Şikar Hüseynov bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq yaxın günlərdə əlavə olaraq 50 təhsil müəssisəsində kabinələr qurulacaq və 154 kabinə STEAM avadanlıqları ilə zənginləşdiriləcək.
Sonra müsabiqəyə start verilib. Müsabiqəyə muxtar respublikanın ümumi təhsil məktəblərindən 200-ə yaxın şagird yaşıl texnologiyalarla bağlı 60 layihə təqdim edib. Müsabiqənin qiymətləndirilməsi STEAM Təlim-Tədris Mərkəzinin təlimçiləri tərəfindən aparılıb. Qalib komandalar medal, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
Müsabiqənin təşkilində məqsəd ekoloji problemlərin mahiyyətini və ətraf mühitin qorunmasının vacibliyini şagirdlərə aşılamaq, onlarda ekoloji şüur və məsuliyyət hissini inkişaf etdirmək olub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri