Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yanvarın 24-də muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək.
Xeberler.az məlumat verir ki, müsabiqə 60 komanda olmaqla, 200-ə yaxın məktəblinin iştirakı ilə Naxçıvan Şəhər Uşaq- Gənclər Şahmat Məktəbində təşkil ediləcək.
Müsabiqənin qiymətləndirilməsi STEAM Təlim-Tədris Mərkəzinin təlimçiləri tərəfindən aparılacaq və qalib komandalar medal, fəxri fərman, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, müsabiqənin təşkilində məqsəd ekoloji problemlərin mahiyyətini və ətraf mühitin qorunmasının vacibliyini şagirdlərə aşılamaq, onlarda ekoloji şüur və məsuliyyət hissini inkişaf etdirməkdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri