Previous Next
Bağla

Ekspert: Bəzi universitetlər qeydiyyat üçün Kəndirli qovluq, Yaşayış yerindən arayış tələb edir

29-08-2024 12:20
Ekspert: Bəzi universitetlər qeydiyyat üçün Kəndirli qovluq, Yaşayış yerindən arayış tələb edir
"Bəzi universitetlər qeydiyyat üçün "Kəndirli qovluq", notarial təsdiqlər, DİM-dən arayış, yaşayış yerindən arayış, qonşudan arayış və s. tələb edir. Elm və Təhsil Nazirliyi isə tələbələrdən universitetlərə qeydiyyat üçün heç bir sənədin tələb olunmadığı qeyd edib. Bu dərəcədə olacağını gözləmirdim".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elm və Təhsil Nazirliyi bir neçə ay öncədən elan ediblər ki, universitetlərə qəbul olunanlardan kağız sənədlər toplanmayacaq, paralel qediyyatlar aparılmayacaq, qeydiyyat yalnız portal.edu.az üzərindən aparılacaq.
 
Elm və Təhsil Nazirliyi elan edib ki, portalda qeydiyyat üçün tələbələrdən heç bir sənəd tələb olunmur.
 
Osman Gündüz əlavə olaraq qeyd edib ki, tələbə sistemə daxil olan zaman özünün bütün sənədlərini (attestat, yaşayış yeri, DİM məlumatları, hərbi şağırışla bağlı məlumatlar, güzəşt hüququ verən sənədlər və s.) sistemdə görür və onları sadəcə təsdiqləyir. Bir daha təkrar edirik ki, tələbə heç bir sənədi sistemə yükləmir!
 
"Elm və Təhsil Nazirliyi universitetlərə də bu sənədlərə giriş imkanı yaradıb. Yəni Universitetə tələbənin attestatı və.s başqa hansısa bir sənəd lazımdırsa, universitet öz giriş məlumatları ilə ETN sisteminə daxil olub onu görə bilir. Bundan artıq nə olmalıydı. Yəni əsil rəqəmsal hökumət komponentləri bu qeydiyyat prosesində qurulub".
 
Lakin görünən odur ki real vəziyyət tamam başqadır.
 
Ekspert bildirib ki, ötən gündən başlayaraq biz bu prosesi monitorinq edirik.
Monitorinqin bəzi nəticələri çox düşündürücüdür və çox təəssüf doğurur.
Universitetlərin elanlarından görünür ki, yenə də portal.edu.az-dan kənar, paralel qeydiyyat aparanlar, kağız sənədlər tələb edənlər var:
 
1. BDU - heç bir sənəd və paralel qeydiyyat tələb etmir.
2. AzTU - heç bir sənəd və paralel qeydiyyat tələb etmir.
3. Bakı Mühəndislik Universiteti - özü üçün kağız formada əlavə sənədlər tələb edir.
4. Gəncə Dövlət Universiteti- özü üçün "Kəndirli qovluq" və digər çoxsaylı sənədlər istəyir.
5. Azərbaycan Tibb Universiteti - əlavə çoxsaylı kağız sənədlər tələb edir.
6. ADPU - əlavə kağız sənədlər tələb edir.
 
Osman Gündüz ümid edir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elm və Təhsil Nazirliyi da bunlardan xəbərdardır. Güman ki hökumət fərqindədir ki, dövlətin ayırdığı bu qədər resurslar "Kəndirli qovluq" dövrünə qayıtmaq üçün nəzərdə tutulmayıb:
 
"Anlamıram ki, bu tip absurd və qanuna zidd, tələbələrdə və valideynlərdə çaşqınlıq və narazılıq yaradan, hökumətin apardığı siyasətə sayğısızlıq nümayiş etdirən bu tip elanlarla universitetlər nə demək istəyirlər".
 
"İnanıram ki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elm və Təhsil Nazirliyi tez bir zamanda universitetlərə xəbərdarlıq edəcək və bu tip elanlar hər yerdən yığışdırılacaq" - deyə ekspert sonda bildirib.
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Osman Gündüz: Hansı universitetlər paralel qeydiyyat təşkil edir?

Osman Gündüz: Hansı universitetlər paralel qeydiyyat təşkil edir?

28-08-2025
Tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

Tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

02-09-2024
Ekspert: Elektron sistem yaradılsa da, bəzi universitetlər tələbələrdən kağız formada sənədlər tələb edir

Ekspert: Elektron sistem yaradılsa da, bəzi universitetlər tələbələrdən kağız formada sənədlər tələb edir

28-08-2024
Ekspert: Əksər Universitetlər kağız sənədlər toplamaqdan və paralel qeydiyyatdan imtina ediblər

Ekspert: Əksər Universitetlər kağız sənədlər toplamaqdan və paralel qeydiyyatdan imtina ediblər

10-09-2024
Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022
Yenə də paralel qeydiyyat və kağız sənədlər tələb olunacaqmı ?

Yenə də paralel qeydiyyat və kağız sənədlər tələb olunacaqmı ?

20-07-2024
Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına  tam olaraq inteqrasiya olunmayıb

Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına tam olaraq inteqrasiya olunmayıb

06-09-2021
AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

05-07-2024
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022
Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019
 “mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

19-07-2024
Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

23-07-2025
Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021
Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020
Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

09-01-2026
Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021
“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

10-03-2025
Əcnəbilər üçün rəqəmsal qeydiyyat xidməti "mygov"a inteqrasiya olunub

Əcnəbilər üçün rəqəmsal qeydiyyat xidməti "mygov"a inteqrasiya olunub

14-07-2025
Ekspert: "Arayışlar mövsümü başlayır  "

Ekspert: "Arayışlar mövsümü başlayır "

24-09-2020
Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

02-09-2022
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
Osman Gündüz: Tenderlərdə iştirakla bağlı sənədləşmə tam rəqəmsallaşmayıb

Osman Gündüz: Tenderlərdə iştirakla bağlı sənədləşmə tam rəqəmsallaşmayıb

04-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə