Previous Next
Bağla

Ekspert: Əksər Universitetlər kağız sənədlər toplamaqdan və paralel qeydiyyatdan imtina ediblər

10-09-2024 06:49
Ekspert: Əksər Universitetlər kağız sənədlər toplamaqdan və paralel qeydiyyatdan imtina ediblər
Bildiyiniz kimi, bu il ilk dəfə olaraq Ali təhsil müəssisələrinə qeydiyyat portal.edu.az üzərindən həyata keçirilib. Buna baxmayaraq bəzi universitetlər ənənəvi qaydada tələbələrdən sənəd tələb edirdi.
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz dəfələrlə münasibət bildirmişdi.
 
Ekspert qeyd etmişdi ki, bununla bağlı Ali təhsil müəssisələrində tələbələrin qeydiyyatı ilə bağlı monitorinqlər aparılır.
 
Xeberler.az bildirir ki, monitorinqlərin yekun nəticələri açıqlanıb.
 
Osman Gündüzün sözlərinə görə, bu il ilk dəfə olaraq çox sayda universitetlər tələbələrin qeydiyyatında kağız sənədlər toplamaqdan və paralel qeydiyyatdan imtina ediblər. Universitetlərin hamısının Elm və Təhsil Nazirliyindəki (ETN) bütün zəruri dataya giriş imkanı yaradılıb, ETN hətta öz daxili rəqəmsal sistemi olanlar üçün APİ servislər hazırlayır.
 
Ekspert qeyd edib ki, tələbələrin 99% -i heç bir sənəd yükləmədən portal.edu.az sistemində qeydiyyatdan keçiblər:
 
"Az sayda universitetlər, xüsusilə də regionlardakı universitetlər bu il də tələbələrdən qeydiyyat üçün kütləvi formada kağız sənədlər toplamaqda davam ediblər".
 
Osman Gündüzün sözlərinə görə, hətta "İkili diplom"lara iddialı olan, rəqəmsal səviyyəsi yetərli inkişaf edən universitetlərin də bəziləri qeydiyyat üçün tələbələrdən kütləvi formada kağız sənədlər toplayıb.
 
Qeyd edək ki, universitetlərin kağız formada topladıqları sənədlərin (attestat, yaşayış yeri arayışı, sağlamlıq arayışı, güzəştlərlə bağlı notarial sənədlər, şəkillər, hərbi qeydiyyat, şəxsiyyət vəsiqəsinin surətləri, DİM-dən arayışlar və s) hamısı ETN –nin və digər qurumların bazasında rəqəmsal formada olub.
 
Ekspert bildirib ki,  Portal.edu.az rəqəmsal platformasının kütləvi müraciətlərə dayanıqlı reaksiya verməsi, aidiyyatı dövlət qurumları ilə inteqrasiyaların yüksək səviyyədə işləməsi, kütləvi xarakterli xidmətin qüsursuz olaraq rəqəmsal formada reallaşdırılması istiqamətində ETN və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) səyləri təqdirəlayiq olub.
 
Osman Gündüz düşünür ki, ETN tərəfindən, yaxud yuxarıda adı çəkilən hər iki qurum tərəfindən kağız formada sənəd toplayan universitetlərə bunun qadağan edilməsilə bağlı rəsmi müraciət göndərilməlidir ki, ali təhsil müəssisələrinin bütün pillələrinə qəbul olunanların qeydiyyatı yalnız rəqəmsal formada, portal.edu.az üzərindən olacaq.

Sonda ekspert qeyd edib ki, gələn ildən qanunvericiliyə görə attestat və diplomların da rəqəmsal formaya keçirilməsi gözlənilir.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

Tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

02-09-2024
Osman Gündüz: Hansı universitetlər paralel qeydiyyat təşkil edir?

Osman Gündüz: Hansı universitetlər paralel qeydiyyat təşkil edir?

28-08-2025
Ekspert: Elektron sistem yaradılsa da, bəzi universitetlər tələbələrdən kağız formada sənədlər tələb edir

Ekspert: Elektron sistem yaradılsa da, bəzi universitetlər tələbələrdən kağız formada sənədlər tələb edir

28-08-2024
Ekspert: Bəzi universitetlər qeydiyyat üçün Kəndirli qovluq, Yaşayış yerindən arayış tələb edir

Ekspert: Bəzi universitetlər qeydiyyat üçün Kəndirli qovluq, Yaşayış yerindən arayış tələb edir

29-08-2024
Yenə də paralel qeydiyyat və kağız sənədlər tələb olunacaqmı ?

Yenə də paralel qeydiyyat və kağız sənədlər tələb olunacaqmı ?

20-07-2024
Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022
AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

05-07-2024
Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına  tam olaraq inteqrasiya olunmayıb

Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına tam olaraq inteqrasiya olunmayıb

06-09-2021
Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019
Elm və Təhsil Nazirliyi yeni elektron xidmət hazırlayıb

Elm və Təhsil Nazirliyi yeni elektron xidmət hazırlayıb

19-08-2023
Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

09-01-2026
Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

23-07-2025
Ali məktəblərə qəbul olunanların qeydiyyatının başlanacağı vaxt açıqlanıb

Ali məktəblərə qəbul olunanların qeydiyyatının başlanacağı vaxt açıqlanıb

23-08-2024
Hansı universitet məzun günündə diplom verə bilir ?

Hansı universitet məzun günündə diplom verə bilir ?

20-06-2024
 “mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

19-07-2024
Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

03-03-2025
10 957 nəfər elektron qaydada müraciət edib

10 957 nəfər elektron qaydada müraciət edib

29-07-2022
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
Ali təhsilin magistratura səviyyəsinə elektron qeydiyyatın vaxtı uzadılıb

Ali təhsilin magistratura səviyyəsinə elektron qeydiyyatın vaxtı uzadılıb

25-07-2022
Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

28-01-2025
Magistraturaya elektron sənəd qəbulu başlayır

Magistraturaya elektron sənəd qəbulu başlayır

20-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə