Previous Next
Bağla

Tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

02-09-2024 15:15
Tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı aparılan növbəti monitorinqin nəticələri açıqlanıb
Bildiyiniz kimi bir müddət öncə Elm və Təhsil Nazirliyi (ETN) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cari dərs ilindən başlayaraq tələbə qeydiyyatının yalnız portal.edu.az üzərindən aparılacağını, heç bir paralel qeydiyyatın olmayacağını və kağız formada sənəd toplanmasına ehtiyac olmadığını bildiriblər.
 
Bundan əvvəl isə AzTU paralel qeydiyyatdan və kağız sənədlərin qəbulundan imtina etdiyini bildirmişdi.
 
Görəsən hansı universitetlər tələbələrin qeydiyyatı üçün kağız formada sənədlər toplayır və paralel qeydiyyat aparır?
 
Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz bildirib ki, bununla bağlı monitorinq keçirilib.
 
Osman Gündüzün sözlərinə görə, monitorinq prosesində son bir həftə ərzində xeyli sayda universitetlərin sosial media resursları və rəsmi internet resursları üzərindən qeydiyyatla bağlı paylaşdıqları elanlar araşıdrılıb:
 
"Müsbət haldır ki, çox sayda universitetlər elanlarında qeydiyyatın yalnız portal.edu.az platforması üzərindən olacağını qeyd ediblər".
 
Ekspert bildirib ki, buna baxmayaraq bəzi universitetlər paralel qaydada universitetin özündə qeydiyyat aparılacağını, bununla bağlı zəruri olan sənədlərin (attestat, yaşayış yeri arayışı, sağlamlıq arayışı, güzəştlərlə bağlı notarial sənədlər, şəkillər, hərbi qeydiyyat, şəxsiyyət vəsiqəsinin surətləri, DİM-dən arayışlar və s) kağız formalarını və surətlərini də tələb ediblər.
 
"Bu sənədlərin hamısı isə ETN və İRİA tərəfindən, həmçinin digər əlaqəli dövlət qurumları tərəfindən aparılan işlərin nəticəsində artıq portala rəqəmsal formada yerləşdirilib və tələbələri gözləyir".
 
Osman Gündüzün sözlərinə görə, bəzi universitetlər isə ümumiyyətlə qeydiyyatla bağlı elanı səhv yazaraq, tələbələri bir çox sənədləri portal.edu.az -a yükləməyə çağırış ediblər:
 
"Hansı ki tələbə portala heç bir sənəd yükləmir, portala daxil olarkən bütün vacib sənədlər rəqəmsal formada tələbənin qarşısına çıxır və sadəcə onları təsdiqləyir".
 
Beləliklə, tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı vəziyyəti təqdim edirik.
 
1. Qeydiyyatı yalnız onlayn olaraq portal.edu.az –da aparan, heç bir kağız sənəd tələb etməyən və paralel qeydiyyat aparmayan universitetlər bunlardır: BDU, AzTU, Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti, MDU, AzMİU, NDU, Odlar Yurdu, Bakı Avrasiya Universiteti, ADAU, BSU, ADNSU, Xəzər Universiteti
 
2. Paralel qeydiyyat aparanlar, kağız formada sənədlər toplayan universitetlər isə bunlardır:  BMU, GDU (Kəndirli qovluqla birgə), ATU, ADPU, LDU (İpli qovluqla birgə), BANM, ADU, Bakı Biznes Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Texnologiya Universiteti
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Osman Gündüz: Hansı universitetlər paralel qeydiyyat təşkil edir?

Osman Gündüz: Hansı universitetlər paralel qeydiyyat təşkil edir?

28-08-2025
Ekspert: Əksər Universitetlər kağız sənədlər toplamaqdan və paralel qeydiyyatdan imtina ediblər

Ekspert: Əksər Universitetlər kağız sənədlər toplamaqdan və paralel qeydiyyatdan imtina ediblər

10-09-2024
Ekspert: Bəzi universitetlər qeydiyyat üçün Kəndirli qovluq, Yaşayış yerindən arayış tələb edir

Ekspert: Bəzi universitetlər qeydiyyat üçün Kəndirli qovluq, Yaşayış yerindən arayış tələb edir

29-08-2024
Ekspert: Elektron sistem yaradılsa da, bəzi universitetlər tələbələrdən kağız formada sənədlər tələb edir

Ekspert: Elektron sistem yaradılsa da, bəzi universitetlər tələbələrdən kağız formada sənədlər tələb edir

28-08-2024
Yenə də paralel qeydiyyat və kağız sənədlər tələb olunacaqmı ?

Yenə də paralel qeydiyyat və kağız sənədlər tələb olunacaqmı ?

20-07-2024
AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

05-07-2024
Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022
Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına  tam olaraq inteqrasiya olunmayıb

Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına tam olaraq inteqrasiya olunmayıb

06-09-2021
 “mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

19-07-2024
Universitetlərdə hansı rəqəmsal təhsil platformaları tətbiq edilir?

Universitetlərdə hansı rəqəmsal təhsil platformaları tətbiq edilir?

08-10-2021
Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

26-07-2019
Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

03-03-2025
Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

23-07-2025
Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019
Hansı universitet məzun günündə diplom verə bilir ?

Hansı universitet məzun günündə diplom verə bilir ?

20-06-2024
Bakıdakı universitetlərin blog şəbəkəsi yaradılacaq

Bakıdakı universitetlərin blog şəbəkəsi yaradılacaq

07-04-2009
Elektron qeydiyyatdan istifadə edənlərin sayı artır

Elektron qeydiyyatdan istifadə edənlərin sayı artır

22-08-2019
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022
Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

09-01-2026
Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

02-09-2022
Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

28-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə