Previous Next
Bağla

Bu il İKT sahəsində hansı dəyişikliklər gözlənilir?

23-01-2016 13:53
Bu il İKT sahəsində hansı dəyişikliklər gözlənilir?

Beynəlxalq Deloitte analitik şirkəti 2016-cı ildə yüksək texnologiya, telekommunikasiya, əyləncə və KİV sahələrinin inkişaf proqnozunu tərtib edib.

Xeberler.az RYTN-nin elektron xəbər xidmətinə istinadən həmin proqnoz barədə məlumatı təqdim edir:

Texnologiyalar

Dünya üzrə 100 ən böyük proqram təminatı istehsalçısından 80-i öz məhsullarına kompüter təlimi, nitqin tanınması texnologiyalarını inteqrasiya edəcək. Bu, 2015-ci illə müqayisədə 25 daha yüksək göstəricidir.

2016-cı ilin sonuna inkişaf etmiş ölkələrdə İT mütəxəssis vəzifəsində işləyən qadınların sayı informasiya texnologiyaları sahəsindəki mütəxəssislərin ümumi sayının 25%-dən az hissəsini təşkil edəcək. Bu, 2015-ci ilin göstəricisinə, demək olar uyğundur, bəlkə də bir az aşağıdır.
 2016-cı ildə mobil onlayn ödənişləri üzrə daimi istifadəçilərin sayı 150% yüksələrək 50 milyona yaxınlaşa bilər. Mobil ticarət riteyler mağazalarına sayt ziyarətçiləri arasında mobil qurğuların populyarlığı sayəsində satış həcmini artırmaq imkanı yaradır.

KİV və əyləncə sahəsi

Reklam bloklayan proqramlar çıxarıldıqdan sonra satış üzrə rekorda imza atmışdılar. Ancaq indi bu tip proqramlara maraq azalıb. Gözləntilərə görə, 2016-cı ilin sonunda mobil qurğu sahiblərinin yalnız 0,3 faizi reklam bloklayan proqramlardan istifadə edəcəklər.

2016-cı ildə smartfon və planşetlər aparıcı oyun platformasına çevrilərək proqram təminatının satışından təxminən 35 milyard dollar məbləğində gəlir gətirəcək ki, bu da 2015-ci illə müqayisədə 20 faiz yüksəkdir.

Kiberidmanın populyarlığı 25 faiz artacaq, bu bazarın həcmi 500 milyon dollar təşkil edəcək.

Telekommunikasiya

Cari ilin sonuna saniyədə 1 qiqabit sürətə malik internet qoşulmaların sayı 10 dəfə artaraq 10 milyona yaxınlaşacaq. Proqnoza görə, 2020-ci ilə təxminən 600 milyon abunəçi 1 Qbit/san tarif təklif edən şəbəkələrə qoşulacaq.

2016-cı ildə internetdə 2.5 trilyon şəkil yerləşdiriləcək ki, bu da ötən illə müqayisədə 15 faiz daha yüksəkdir. Ehtimal ki, bu şəkillərin 90 faizdən çoxu smartfonla çəkiləcək.

2016-cı ildə inkişaf etmiş ölkələrdə smartfon istifadəçilərinin təxminən 26%-i müəyyən vaxtlarda telefon zəngi etməyəcəklər. Onlar sadəcə ənənəvi telefon zəngini mesaj, SMS, həmçinin səsli rabitə və videoəlaqə ilə əvəz edəcəklər.


Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Smartfonların satış həcmi  7 faiz  artacaq

Smartfonların satış həcmi 7 faiz artacaq

13-04-2016
2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

20-10-2016
Dünya İT bazarında azalma qeydə alınacaq

Dünya İT bazarında azalma qeydə alınacaq

08-04-2016
Mobil proqramlar 57 milyard dollar gəlir gətirəcək

Mobil proqramlar 57 milyard dollar gəlir gətirəcək

13-05-2016
İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016
Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016
Facebook reklam bazarında üstünlüyü ələ alıb

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015
Qlobal smartfon bazarı üzrə proqnoza yenidən baxılıb

Qlobal smartfon bazarı üzrə proqnoza yenidən baxılıb

17-08-2015
Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016
Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19-04-2017
2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq

2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq

12-10-2015
Azərbaycanda 12,7 min yeni telefon nömrəsi istifadəyə verilib

Azərbaycanda 12,7 min yeni telefon nömrəsi istifadəyə verilib

25-05-2017
Azərbaycanda mobil telefon istifadəçilərinin sayı artıb

Azərbaycanda mobil telefon istifadəçilərinin sayı artıb

28-07-2022
Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015
Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015
2016-cı ilin büdcəsində rabitə xərcləri azalıb

2016-cı ilin büdcəsində rabitə xərcləri azalıb

17-09-2015
Daşınan elektronika bazarında üçqat artım gözlənilir

Daşınan elektronika bazarında üçqat artım gözlənilir

19-06-2015
Ötən il 1,36 milyard smartfon istehsal edilib

Ötən il 1,36 milyard smartfon istehsal edilib

27-01-2017
Qlobal planşet bazarında rekord azalma qeydə alınacaq

Qlobal planşet bazarında rekord azalma qeydə alınacaq

01-09-2016
Smartfon istifadəçilərinin sayı 58 faiz artacaq

Smartfon istifadəçilərinin sayı 58 faiz artacaq

23-12-2016
Fərdi kompüterlərin satışı azalır

Fərdi kompüterlərin satışı azalır

30-05-2015
Yarımkeçirici sahəsinə kapital qoyuluşu azalacaq

Yarımkeçirici sahəsinə kapital qoyuluşu azalacaq

15-10-2015
Planşet kompyuterlərin sayı açıqlandı

Planşet kompyuterlərin sayı açıqlandı

11-04-2012
2016-cı ildə rabitə sahəsi üzrə xərclər müəyyənləşib

2016-cı ildə rabitə sahəsi üzrə xərclər müəyyənləşib

14-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə