“Youtube” şirkətinin həmtəsisçisi Steve Chen Bakıda keçiriləcək “INMerge” İnnovasiya Sammitində iştirak edəcək. Bundan əlavə, tədbirdə “Genai Works” şirkətinin yaradıcısı Steve Nouri, “Nvidia” şirkətinin biznes inkişafı üzrə rəhbəri Anton Dzhorayev, “Nestle” şirkətinin innovasiya üzrə rəhbəri Gaelle Bou Abdo, “Vodafone” şirkətinin region üzrə rəhbəri Johannes Hummes, “Amazon” şirkətinin vitse-prezidenti Werner Vogels, “Avito” şirkətinin keçmiş baş marketinq direktoru Maxim Kan, eləcə də “Paradox Strategies” və “InnovationForce” şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi spikerlər də iştirak edəcəklər.
Onlarla yanaşı, ölkəmizdən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov və ekosistem üzrə baş icraçı direktor Fərid Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov, “PAŞA Bank”in İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi”nin sədri İnarə Vəliyeva və “4SİM” icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.
Qeyd edək ki, “INMerge” İnnovasiya Sammiti Bakıda 10-11 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. Əlavə məlumat və biletlərin əldə edilməsi üçün “www.inmerge.az” saytına daxil olun.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri