Məlumat verildiyi kimi, “PAŞA Holding” “InMerge İnnovasiya Sammiti”ni təşkil edir.
Dünən – 30 noyabr sammitin ilk günü baş tutub. Tədbirin açılışı zamanı “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov tədbir iştirakçılarını salamlayıb, sammitin təşkil edilməsində əsas məqsədi, eləcə də bu sammitin ölkəmiz və region üçün önəmi barədə danışıb.
“Ölkəmizdə və regionda innovasiya ekosisteminin dəstəklənməsi əsas prioritetlərimizdəndir. Düşünürəm ki, hazırkı sammit bu hədəfə çatmağa böyük töhfə verəcək” – “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
Belə ki, cari sammit texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq, ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərmək məqsədini daşıyır.
Bunlarla yanaşı, “PAŞA Holding” dünyanın müxtəlif ölkələrindən iştirakçıları maliyyə texnologiyaları və telekommunikasiya vertikallarında, eləcə də təlimlərdə bir yerə toplayıb. Sammit çərçivəsində baş verən önəmli hadisələrdən biri də “Azərbaycan Respublikasında innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması olub. Memorandumu “PAŞA Holdinq”in İnnovasiyalar Şöbəsinin müdiri Fərrux Əliyev, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini icra edən İnara Vəliyeva, “SOCAR”ın vitse-prezidenti Kənan Nəcəfov imzalayıblar.
Qeyd edək ki, bu gün regionun ən böyük innovasiyalar sammiti öz işini davam etdirib
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri