”ULTRA Texnologiyalar” FND ilə əməkdaşlığa başlayır

22-12-2014 / 11:10

ULTRA şirkəti dünyanın məşhur FND (Future Network Development) şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən ULTRA beynəlxalq provayder xidmətlərinin unikal qrupu olan FND-nin Azərbaycanda yeganə təmsilçilik hüququ qazanır. Beynəlxalq əməkdaşlıq razılaşmalarına əsasən fəaliyyət göstərən “Future Network Development” dünyanın 50-dən artıq ölkəsini əhatə edir. Bağlanmış müqavilə tikinti layihələrinin idarə edilməsi üçün çoxfunksiyalı “AstaPowerproject” və “TILOS” proqram təminatlarının hazırlanması üzrə əməkdaşlıq istiqamətini nəzərdə tutur.

TİLOS əsasən xətti tikinti və infrastruktur layihələrinin idarə edilməsi üçün nəzərdə tutulmuş “zaman – məsafə planlaşdırma” əsaslı proqram təminatıdır. Yerləşdiyi yerdən asılı olmayaraq asan istifadəsinə görə müştərilərin etibarını qazanmış TİLOS xətti layihələrinin idarə edilməsi sektorunda əhəmiyyətli bir kəşfdir. Bu bütün dünyada müxtəlif növlü sənayelərdə onlarla layihə rəhbərləri tərəfindən istifadə olunan yüksək səviyyəli müasir proqram təminatıdır. Müəssisədə nailiyyətlər, məhdud zaman resursu və layihələrin tez başa çatması üçün TİLOS, layihənin həcm və zaman resursu arasında boşluğu həqiqətən doldurmağa imkan yaradır.

Layihəni ekranda əks etdirməklə, onu asanlıqla planlaşdırmağa imkan verən sistem, eyni zamanda, məkan və istehsal baxımından sıralamanı təmin edən kritik yol texnologiyasının “zaman-məsafə” diaqramları tərtib etmək üçün nəzərdə tutulan qrafik interfeysinə malikdir. Bu da öz növbəsində planların tərtib edilməsi zamanı maksimal çevikliyi təmin edir. Çevik görünüş sistemi, xüsusi tələbləri maksimal fərdiləşdirməyi təmin edir ki, bunun nəticəsində də, icra olunan bir və daha çox layihələrdən bütün layihəni, yaxud ətraflı şəkildə planları görmək üçün bir sıra subplanları ekrana əlavə etməyə imkan verir. Verilənlərin inteqrasiyasını təmin edir. TİLOS qrafikləri o cümlədən, fəaliyyət, əlaqələr, resurslar, yüksəlmə və məhsuldarlıq profilləri kimi verilənləriidxal etməyə və məsafə oxu ilə sinxronlaşdırmaya imkan yaradaraq planlaşdırma səhvlərini aradan qaldırır.

Məsafəyə əsasən hesablama funksiyası TİLOS-a iş parametrlərini məsafə qiymətlərinə əsasən hesablamağa imkan verir.

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə