Previous Next
Bağla

Gizli sosial şəbəkələrin aşkarlanması müzakirə edilib

28-10-2016 10:53
Gizli sosial şəbəkələrin aşkarlanması müzakirə edilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 və 17 saylı şöbələrin “E-dövlət istifadəçilərinin şərhlərinin analizi əsasında gizli sosial şəbəkələrin aşkarlanması” mövzusuna həsr olunmuş birgə elmi seminarı keçirilib. 

Xeberler.az-ın məlumatına görə, məruzəni təqdim edən institutun elmi işçisi Günay Niftəliyeva elektron dövlətin dövlət sturukturları daxilindəki sənədləşmə prosedurları, o cümlədən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin informasiya texnologiyaları vasitəsilə həyata keçirilməsi prosesi olduğunu bildirib.

O, e-dövlətin idarə edilməsində sosial şəbəkələrin rolundan danışan məruzəçi elektron dövlət saytlarının ictimai veb-saytlar kimi qəbul edildiyini və bu saytlara daxil olan vətəndaşların birbaşa dövlətin qərar qəbuletmə prosesində iştirak etdiyini bildirib.

“Dövlətin mühüm vəzifələrindən biri e-dövlət mühitində dövlət əleyhinə təbliğatların yayılmasının qarşısının alınması, fəaliyyət göstərən gizli sosial şəbəkələrin aşkarlanması və idarəetmənin yaxşılaşdırılmasıdır”, – deyə bildirən G.Niftəliyeva onlayn mühitdə qeyri-aşkar şəkildə mövcud olan müxtəlif sosial qrupların daxili strukturunu sosial şəbəkələr nəzəriyyəsini tətbiq etməklə aşkarlamağın mümkünlüyünü vurğulayıb.

Sonra o, e-dövlət mühitində gizli sosial şəbəkələrin aşkarlanması üçün təklif etdiyi yeni yanaşmanı təqdim etdi və şərhlərin lüğətə və maşın emalına əsaslanan analizi metodlarını diqqətə çatdırıb.

Məruzəçi, həmçinin bu yanaşmanın tətbiqi istiqamətləri barədə məlumat verib.

Sonda AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək təklif olunan yeni yanaşmanı yüksək qiymətləndirdi, bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi. Əldə olunan elmi nəticələrin gələcəkdə müxtəlif elmi tədqiqatlarda tətbiqinin zəruriliyini ifadə edib.

 

Məltəm Talbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternetdə terrorizmin aşkarlanması metodu müzakirə edilib

07-07-2017

E-dövlətdə terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu işlənilib

27-10-2020

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

Sosial media problemləri müzakirə olunub

05-05-2016

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

12-05-2025

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025

Kiberhücumların aşkarlanması metodları öyrənilir

28-02-2017

Viki-Mərkəzin fəaliyyəti müzakirə edilib

09-12-2015

Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

12-06-2025

“Mobil telefonlar yeni tədqiqat sahələri yaradır”

27-04-2018

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024

Rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

20-04-2026

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024

“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

30-01-2025

"Rəqəmsal dövlət kontekstində kibersuverenlik" müzakirə olunub

25-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə