Mark Zukerberq bu gün şirkətin maliyyə hesabatı zamanı bildirib ki, gələcəkdə süni intellektlə işləyən eynəklər insanların həyatında əsas rol oynayacaq.
Xeberler.az bildirir ki, onun sözlərinə görə, bu cür eynəklərdən istifadə etməyən insanlar zehni baxımdan digər insanlardan geri qalacaqlar.
“Eynəklər süni intellektlə qarşılıqlı əlaqə üçün ideal bir vasitədir. Süni intellekt eynək vasitəsilə sizin gördüklərinizi görə, eşitdiklərinizi eşidə və sizinlə danışa bilər,” – deyə Zukerberq qeyd edib.
O, əlavə edib ki, bu eynəklərə kiçik və ya hologram ekranlar əlavə olunduqda, onların imkanları daha da artacaq. Meta şirkəti artıq bu sahədə bir neçə model hazırlayıb. Məsələn, “Ray-Ban Meta” və “Oakley Meta” adlı ağıllı eynəklər musiqi dinləməyə, şəkil və video çəkməyə, həmçinin istifadəçinin gördüyü şeylər haqqında süni intellektdən məlumat almağa imkan verir. Bu məhsullar bazarda uğur qazanıb və satışlar üç dəfə artıb.
Mark Zukerberq bildirir ki, bu texnologiyanın inkişafı üçün Meta-nın Reality Labs bölməsi illərdir araşdırmalar aparır. Lakin bu bölmə şirkət üçün baha başa gəlir – təkcə 2025-ci ilin ikinci rübündə 4.53 milyard dollar zərər olub. 2020-ci ildən bəri bu sahəyə 70 milyard dollardan çox xərc çəkilib.
Zukerberq bu xərcləri gələcəyin texnologiyasına yatırım kimi görür. Onun fikrincə, bu texnologiyalar yalnız Meta üçün deyil, ümumiyyətlə süni intellektlə işləyən bütün qurğular üçün yeni dövrün başlanğıcı ola bilər.
“Eynəklər real və rəqəmsal dünyanı birləşdirmək üçün ən yaxşı vasitə olacaq. Bu baxımdan Metaverse ideyası da çox önəmli olacaq və süni intellekt bu prosesi daha da sürətləndirəcək,” – deyə Mark Zukerberq bildirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları