Previous Next
Bağla

“AZERCELL CUP” müsabiqəsinin qalibləri mükafatlandırıldı

28-04-2022 14:25
 “AZERCELL CUP” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Aprel ayının 27-si “Azercell Telekom” MMC və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən “AZERCELL CUP” müsabiqəsinin qalibləri ilə görüş keçirildi. 300-dən çox 5-7-ci sinif şagirdlərinin qatıldığı müsabiqədə informatika fənni üzrə xüsusi bilikləri ilə fərqlənərək birinci, ikinci və üçüncü yeri qazanan 21 iştirakçı lider mobil operator tərəfindən sertifikatlar və dəyərli hədiyyələr ilə təltif edildi.

Xeberler.az bildirir ki, mükafatlandırma mərasimi “Azercell Telekom” MMC-nin rəhbər heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun rəsmilərinin iştirakı ilə baş tutdu.

Tədbirin açılışını edən Azercell-in Media ilə əlaqələr üzrə direktoru Nigar Şıxlinskaya qalibləri təbrik edərək gənclərin elmi potensialının aşkar edilməsinə və inkişafına yönələn bu təşəbbüsün Azercell üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı: “İKT müasir həyatın bütün aspektlərini əhatə edir, həm insanlar, həm də cihazlar arasında qarşılıqlı fəaliyyət, ünsiyyət, informasiya əldə etmək üçün yeni, daha sürətli yollar təqdim edir. İKT sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi, rəqəmsal texnologiyalara, informatika elminə maraq göstərən, alqoritmik düşünmə qabiliyyəti ilə fərqlənən şagird və tələbələrin inkişaf etdirilməsi Azercell-in sosial məsuliyyət strategiyasının vacib istiqamətlərindəndir. 2017-ci ildən etibarən Azercell Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı qismində məktəblilərimizin müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrə hazırlıq prosesinə dəstək olur. Şagirdlərimizlə qürur duyur, onlara topladıqları bilikləri uğurla nümayiş etdirməyi arzu edirik!”.

Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 23 bürünc olmaqla, ümumilikdə 34 medal əldə ediblər.

Ümumi təhsilin təşkili və idarəolunması sektorunun rəhbəri Fuad Qarayev  bu layihənin gerçəkləşməsinə göstərdiyi dəstək üçün Azercell şirkətinə öz təşəkkürünü bildirərək ümumtəhsil müəssisələrində dövlət və özəl əməkdaşlığının əhəmiyyətini vurğuladı.

Tədbirin rəsmi hissəsindən sonra Azercell Plazada şagirdlər üçün ekskursiya proqramı da təşkil edildi. Məktəblilər şirkətin ayrı-ayrı şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub, onları maraqlandıran sualları Azercell əməkdaşlarına ünvanladılar.

Xatırladaq ki, ötən ilin iyun ayında start verilən “AZERCELL CUP” proqramlaşdırma üzrə iki mərhələli müsabiqə lider mobil operatorun 25 illik yubileyinə həsr olunmuşdur. ADA universitetində baş tutan final turunda 5 alqoritmik məsələnin həlli üçün 3 saat vaxt təqdim edilmişdir. Nəticədə 4 şagird birinci, 7 şagird ikinci və 10 şagird isə üçüncü yeri qazanmış oldu.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

23-12-2022

“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirildi

26-12-2023

“AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi keçirilib

14-10-2021

Azercell məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqəyə start verib!

10-06-2021

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

07-01-2022

Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

22-02-2024

Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar

08-11-2024

İnformatika və Proqramlaşdırma Müsabiqəsi başlayıb

07-11-2022

Azercell olimpiada qalibləri ilə görüşüb

12-02-2020

“AZERCELL CUP 2024” müsabiqəsinin qalibləri müəyyən olundu

13-06-2024

Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

30-04-2024

Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

29-03-2024

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

Məktəblilərimiz İnformatika üzrə payız turnirində uğurla çıxış ediblər

02-12-2022

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021

“Azercell CUP 2025” müsabiqəsinin nəticələri açıqlanıb

10-07-2025

"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir

25-03-2025

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb

21-02-2025

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

19-03-2024

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə