Previous Next
Bağla

“Azercell”dən “4G MiFi” ilə daha sürətli internet bağlantısı

01-07-2021 18:52
“Azercell”dən “4G MiFi” ilə daha sürətli internet bağlantısı

Hədiyyəli “MiFi” cihazı eyni anda 10-dək istifadəçiyə rahatlıqla internet şəbəkəsi paylaya bilir

Keyfiyyətli, eyni zamanda, effektiv internet bağlantısının son dərəcə əhəmiyyətli olduğunu nəzərə alaraq, ölkənin lider mobil operatoru “Azercell Telekom” bu sahədə rahat və əlverişli həlləri təqdim etməkdə davam edir. Şirkətin hazırda keçirilən kampaniyası çərçivəsində yeni “MiFi M25” cihazı ilə birgə abunəçilər həm də 50GB həcmində internet paketini hədiyyə olaraq əldə edə biləcək. Cəmi 99 AZN dəyərində olan bu təkmilləşdirilmiş cihaz eyni anda 10-dək istifadəçi üçün sürətli internet bağlantısını təmin edir.

Kiçikölçülü olması bu cihazı daim yanında gəzdirməyə, istədiyin vaxt istifadə etməyə şərait yaradır. Avadanlığın daşınması kimi istifadəsi və quraşdırılması da kifayət qədər rahatdır. İstifadəçilər üçün önəmli cəhətlərdən biri də “MiFi” avadanlığının enerjiyə qənaət funksiyasıdır - cəmi bir dəfə tam enerji ilə yüklənməsi cihazın 8 saata qədər uzun müddət davamlı işləməsini təmin edir. İstifadə edilmədikdə cihazı avtomatik yuxu rejiminə quraşdırmaq, bununla da həm internetə, həm də enerjiyə qənaət etmək olar.

Qeyd edək ki, kampaniya çərçivəsində hər bir “4G MiFi” cihazla birgə 1 ədəd "Data tarifi”ndə olan “Fakturasız xətt” nömrəsi təqdim olunur. Abunəçilər cihazı “Azercell Eksklüziv” mağazaları və “Azercell”in rəsmi diler dükanlarından əldə edə bilərlər.

Kampaniya haqqında daha ətraflı məlumat üçün bu linkə keçid almaq tövsiyə edilir: https://www.azercell.com/az/personal/campaigns/devices/iot/4g-mi-fi.html

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 94 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 98,7 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda, Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-dək bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell” “Virtual Məktəb” layihəsinə növbəti töhfəsini verir

06-01-2021

“Azercell”in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur

15-01-2021

Azercell-dən 010 seriyalı gözəl nömrələr!

28-04-2022

"Azercell" şəhid və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

07-12-2020

Zəngilanda Azercell-in ilk rəsmi diler mağazası!  

03-06-2022

Azercell 21 yaşını qeyd edib

16-12-2017

Azercell Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!

08-04-2022

Uşaq Paralimpiya Komitəsi ötən il reallaşdırdığı təşəbbüsləri açıqlayıb

29-01-2021

“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları yüzlərlə insana təmənnasız xidmət göstərib

16-01-2021

Azercell-dən 4G MiFi kampaniyası

03-08-2019

Azercell yeni 4G MiFi kampaniyasına başlayıb

03-07-2020

Azercell yeni kampaniyaya başladı

15-03-2017

Azercell-in 4G WiFi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər

28-07-2020

Azercell-dən yeni cihaz kampaniyası

06-07-2019

Azercell-dən yeni sərfəli iPhone 6S kampaniyası

30-09-2016

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018

Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!

13-04-2026

Azercell-dən Novruza özəl kampaniya!

19-03-2022

Azercell-dən abunəçilərinə 10 GB internet hədiyyə

22-03-2016

Azercell-dən Yeni il kampaniyası

24-12-2024

Azercell yeni Wi-Fi cihazını təqdim edir

10-09-2024

Azercell-dən yeni Wi-Fi kampaniyası!

25-10-2021

Samsung smartfon və ya planşet əldə et, Azercell-dən 1GB internet hədiyyə qazan

16-09-2020

Cocuq Mərcanlıda Azercell hər evə gəldi

10-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə