Previous Next
Bağla

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” müzakirə edilib

08-12-2025 21:08
“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” müzakirə edilib

Dekabrın 8-də “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda panel sessiya keçirilib.

Xeberler.az məlumat verir ki, Mədəniyyət Nazirliyinin Xarici ölkələrlə əməkdaşlıq şöbəsinin müdiri Aydan Nurəlizadənin moderatorluğu ilə keçən sessiyada İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət İşləri Departamentinin direktoru Lhoucine Rhazoui süni intellektin çağırış olmaqla yanaşı, fürsət yaratdığını qeyd edib. Bildirilib ki, ölkələr rəqəmsal savadlılığı öz planlarında tətbiq etməlidirlər. O, fikirlərinə belə davam edib: “Müsəlman dünyasının hər bir fərdinin zəngin mədəni irsi qorumaq kimi məsuliyyəti var. Mədəniyyət festivalı simvolik xarakter daşıyır. Burada həmfikir insanların şəbəkəsi formalaşır. Məqsədimiz İslam ölkələrinin hədəf və məqsədlərini bir araya gətirməkdir. Gənclər bizim mədəni dəyərlərin daşıyıcıları olacaqlar. Təəssüf ki, dünyadakı əsas gərginliklər İslam ölkələrindədir. İnfrastruktur, texnologiya cəhətdən qeyri-bərabərlik var. Rəqəmsal boşluq mövcuddur. Biz bununla məşğul olmalıyıq. Mədəni irs nümunələrinin əksəriyyəti müharibələr zamanı məhv edilib. Bir hissəsi isə oğurlanıb. Onları bərpa etməli və aid olduğu ölkələrə qaytarmalıyıq. Bunun üçün yeni konsepsiya təqdim etməliyik”.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmud Erol Kılıç festivalın təşkilinə görə Azərbaycan Hökumətini təbrik edib. O, mədəni tarixin siyasi tarixdən daha əhəmiyyətli olduğunu və müsəlman ölkələrinin öz zəngin mədəni tarixi haqqında məlumatlı olmasının vacibliyini qeyd edib. Texnologiyaların mədəni sahədə tətbiqindən bəhs edən M.E.Kılıç deyib: "Texnologiya heç zaman mədəniyyət və insandan üstün olmamalı, lakin alət kimi istifadə edilməlidir. Məsələn biz dahi şair və yazıçıların əsərlərinin əlyazmalarının süni intellektdən istifadə edərək rəqəmsallaşdırılması üsullarını düşünə bilərik".

İƏT-in İnformasiya və Mədəniyyət Məsələləri Daimi Komitəsinin Əlaqələndirmə Bürosunun direktoru Ameth Diallo tədbirin təşkilatçılığına görə Azərbaycan Hökumətinə və Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə edib. O, Azərbaycan gəncliyinin böyük optimizm nümayiş etdirdiyini qeyd edib. A.Diallo təşkilat çərçivəsində spesifik platformaların yaradılmasının vacibliyini diqqətə çatdırıb: "Biz birlikdə işləməli və platformaları uyğunlaşdırmalıyıq. Bu, bizdə data baza rolunu oynaya bilər. Lakin rəqəmsal infrastrukturun qurulması üçün investisiya çox vacibdir. Rəqəmsal transformasiyadan qaçış yoxdur. Həmin texnologiyaları işlərimizə töhfə verməsi məqsədilə istifadə etməliyik. Odur ki, biz bir araya gəlməli, müxtəlif alətləri müzakirə etməliyik".

ABŞ-ın Mədəniyyət və Təhsil İnstitutunun (CCEI) baş icraçı direktoru və İdarə Heyətinin sədri Vasif Eyvazzadə vurğulayıb ki, sivilizasiyalar və xalqlar öz irslərini, sadəcə, qorumaqla deyil, həm də onu gələcək nəsillərə çatdırmaqla formalaşır: “Günümüzdə rəqəmsal era bunun üçün bizə gözəl tarixi fürsət verir. Rəqəmsal əsr bizə öz mədəniyyətimizi təbliğ etmək üçün imkanlar yaradır. Gənclər rəqəmsal alətlərdən istifadə edərək öz mədəniyyətlərini nümayiş etdirə bilərlər”.

BƏƏ-də "Mistika" şirkətinin icraçı yaradıcı direktoru və həmtəsisçisi Cimi Elqohari texnologiyanın İslam irsinin gözəlliyini görməyə imkan verdiyini deyib. O, rəqəmsal "storytelling" metodunun bu istiqamətdə vacib alət olduğunu qeyd edərək onun İslam mədəniyyətinə verdiyi töhfələrdən bəhs edib.

Panel sual-cavab və müzakirələrlə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" panel sessiyası keçirilib

09-12-2025

"Mədəniyyət" TV 14 Fevralda açılacaq

03-02-2011

Şuşaya həsr olunmuş elektron məlumat bazasının təqdimatı olub

19-11-2024

Rəşad Nəbiyev İSESKO ölkələrindən olan tələbələrin suallarını cavablandırıb

04-10-2023

Rəşad Əzizov: Azərbaycan oyun texnologiyaları üzrə liderə çevrilə bilər

04-12-2024

Virtual Qarabağ Google Mədəniyyət İnstitutunun tərəfdaşı olub

14-06-2019

“e-Culture” Rəqəmsal İnkişaf Strategiyası təsdiq edilib

22-12-2023

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti

01-10-2021

Dubayda “Şuşa” adlı ilk süni intellekt rəssamının təqdimatı olub

26-04-2025

Rəşad Nəbiyev ICIEC-in baş icraçı direktoru ilə görüşüb

06-09-2023

ICESCO süni intellekt üzrə İslam dünyasının Etika Xartiyasını təqdim edib

13-09-2024

Parisdə Azərbaycanın ilk süni intellekti nümayiş olunub

18-04-2025

Mədəniyyət və Turizm Nazirliyi xüsusi İnternet sayt açacaq

05-02-2009

Nümayəndə heyətimiz texnologiya üzrə I sammitdə iştirak edib

15-09-2017

“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

25-02-2022

ISESCO-nun dəstəyi ilə «Təhsildə İKT-nin tətbiqi» mövzusunda seminar keçirilib

14-08-2009

Tarix İnstitutuna 10 min elektron kitab hədiyyə olunub

24-07-2017

Gənclər Kitabxanasının Veb-saytı modernləşdirilib

04-03-2009

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

Bakının islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı Internet saytı təqdim edilib

19-02-2009

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021

Azərbaycan Qafqaz İnvestisiya Forumunda təmsil olunub

04-05-2026

Dövlət Xidməti beynəlxalq mükafatına layiq görülüb

20-04-2026

İslam İnkişaf Bankı Azərbaycana süni maliyyə dəstəyi verməyə hazırdır

07-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə