Previous Next
Bağla

“Yango” Azərbaycandakı müştərilərinin məlumatlarını Rusiya FTB-yə ötürəcək?

09-08-2023 14:48
“Yango” Azərbaycandakı müştərilərinin məlumatlarını Rusiya FTB-yə ötürəcək?

“Yandex Go” və ya Rusiya xaricində “Yango” kimi tanınan “Yandex” taksi xidmətinin xarici istifadəçilərin məlumatlarını Rusiyanın Federal Təhlükəsizlik Bürosuna (FTB) ötürülməsi ilə bağlı sentyabrın 1-də qanun qüvvəyə minəcək.

FTB sentyabrın 1-dən günün istənilən saatında Azərbaycan, İsrail, Qazaxıstan, BƏƏ, Əlcəzair, Pakistan, Norveç, Finlandiya, Ermənistan və Gürcüstan kimi ölkələrdə fəaliyyət göstərən “Yango” taksi xidmətinin müştərilərinin məlumatlarını əldə etmək imkanına malik olacaq.

Rusiyanın Baş naziri Mixail Mişustin artıq bununla bağlı qərarı imzalayıb. Ehtimal edilir ki, bu qərar daha çox siyasi repressiyalardan qaçan, səfərbərlikdən yayınan şəxslərə təsir edəcək. Rusiya hakimiyyətinin tələbi ilə dəfələrlə fərarilərin və siyasi fəalların Qazaxıstan və Ermənistandan deportasiyası halları da olub.

Bununla belə “Yandex” şirkəti xarici ölkələrdəki müştərilərin məlumatlarını FTB-yə təqdim etməyəcəklərini açıqlayıb. Şirkətin mətbuat xidmətindən bildirilib ki, səyahətlərlə bağlı məlumatlar yalnız səyahətlərin həyata keçirildiyi ölkənin hüquq-mühafizə orqanları tərəfindən qanunlara uyğun olaraq verilə bilər. Sentyabrın 1-dən də bu qayda dəyişməyəcək”.

Artıq bir sıra ölkələr “Yango” taksi xidmətinə müştərilərinin məlumatlarını Rusiyaya ötürməyi qadağan edib. Finlandiya şirkətin ölkədəki bütün hesablarını dondurub.

Qeyd edilib ki, 2011-ci ildən fəaliyyətə başlayan taksi xidmətindən indiyədək 36 milyon insan istifadə edib. (Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 “PAŞA Holdinq” taksi bazarına da daxil olur-ŞƏRH

“PAŞA Holdinq” taksi bazarına da daxil olur-ŞƏRH

03-05-2023
Hakerlər  1,1 milyon müştərinin  fərdi məlumatlarını oğurlayıb

Hakerlər 1,1 milyon müştərinin fərdi məlumatlarını oğurlayıb

21-05-2015
SİMA ilə taksi səfərləri daha etibarlı!

SİMA ilə taksi səfərləri daha etibarlı!

14-07-2025
Rusiyaya gedən əcnəbilərin biometrik məlumatları toplanacaq

Rusiyaya gedən əcnəbilərin biometrik məlumatları toplanacaq

14-11-2024
"Yandex" və digər xarici taksi şirkətləri serverlərini Azərbaycana gətirəcəkmi ?

"Yandex" və digər xarici taksi şirkətləri serverlərini Azərbaycana gətirəcəkmi ?

24-08-2023
COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində yeni menyu yaradılıb

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində yeni menyu yaradılıb

06-11-2024
Taksi sürücülərinin identifikasiyası üçün "SİMA"nın tətbiqinə başlanılıb

Taksi sürücülərinin identifikasiyası üçün "SİMA"nın tətbiqinə başlanılıb

10-07-2025
FTB 8 milyard dollarlıq kriptovalyutanı müsadirə edib

FTB 8 milyard dollarlıq kriptovalyutanı müsadirə edib

29-05-2026
Hava limanında yalnız Bakı Taksi Xidməti fəaliyyət göstərir

Hava limanında yalnız Bakı Taksi Xidməti fəaliyyət göstərir

28-02-2019
Uber-dən  istifadə qadağan ediləcək

Uber-dən istifadə qadağan ediləcək

01-10-2015
32 milyon Twitter istifadəçisinin məlumatı oğurlanıb

32 milyon Twitter istifadəçisinin məlumatı oğurlanıb

09-06-2016
500 milyon istifadəçinin hesabına müdaxilə edən haker həbs olundu

500 milyon istifadəçinin hesabına müdaxilə edən haker həbs olundu

30-05-2018
Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

16-10-2023
Ukrayna məşhur sosial şəbəkələri bloklayır

Ukrayna məşhur sosial şəbəkələri bloklayır

16-05-2017
Microsoft və Yandex əməkdaşlıq edəcək

Microsoft və Yandex əməkdaşlıq edəcək

13-10-2015
Rusiyada Telegram bağlandı

Rusiyada Telegram bağlandı

13-04-2018
Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022
189 taksi xidmətinin avtomobillərində Bakcell-dən Wi-Fi xidməti

189 taksi xidmətinin avtomobillərində Bakcell-dən Wi-Fi xidməti

21-10-2015
Fransa Uber-ə 1.2 milyon avro cəza kəsdi

Fransa Uber-ə 1.2 milyon avro cəza kəsdi

28-01-2016
Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

13-03-2022
Ekspert: "Mail.ru", "Vkontakte" və "Odnoklassniki" müflis ola bilər

Ekspert: "Mail.ru", "Vkontakte" və "Odnoklassniki" müflis ola bilər

16-03-2022
Hakerlər banka hücum edib

Hakerlər banka hücum edib

22-12-2009
Yandex.Mail yeniləndi

Yandex.Mail yeniləndi

04-04-2015
"Yandex" Türkiyədə ofisini bağlayır

"Yandex" Türkiyədə ofisini bağlayır

29-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə