KƏnd Təsərrüfatı Nazirliyinin (KTN) ərzaq məhsullarının keyfiyyəti, standartlar və lisenziya şöbəsinin müdiri, istehlak bazarında alkoqollu içkilər və tütün məhsullarının yoxlanılması üzrə monitorinq qrupu rəhbərinin müavini Əhliman Nəsirovdan aldığımız məlumata görə, adıçəkilən qurum aidiyyəti nazirliklərə telefonoqramlar göndərməyə hazırlaşır: "Sözügedən sənədlərdə monitorinq qrupumuz tərəfindən 2008-ci ildə keçirilmiş monitorinqlərin və araşdırmaların nəticələri ilə bağlı yekun hesabatlar, cari ildə görüləcək işlər, keçirəcəyimiz yoxlama-təftişlərin qrafikləri, tövsiyələr, məsləhətlər və digər məlumatlar öz əksini tapacaq".
Ə.Nəsirov onu da vurğuladı ki, hazırda müvafiq qurumlara məktublar göndərməklə aldıqları məktubları və sorğuları cavablandırmaqla məşğuldurlar: "Qeyd etdiyimiz yazışma prosesi yanvar ayının sonlarınadək davamlanacaq. Bundan sonra fevral ayında 2009-cu ilin ilk yoxlama-təftişini keçirməyi planlaşdırırıq. İlk monitorinqimiz fevralın 1-ci ongünlüyündə Bakı şəhərinin Yasamal rayonunda baş tutacaq. Adıçəkilən məkanda fəaliyyət göstərən pərakəndə və topdansatış ticarət mərkəzləri, eləcə də alkoqollu içkilərin satışı və istifadəsi ilə məşğul olan digər obyektlər yoxlamalara məruz qalacaq. Fevralın 2-ci ongünlüyündə isə prosedur qaydalara əsasən bölgələrdə monitorinqlər keçirəcəyik".
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri