Samsung onlayn-mağaza açır

06-02-2009 / 18:51

Samsung şirkəti Symbian və Windows Mobile əməliyyat sistemlərinin proqram məhsulları üçün onlayn-mağaza açacaq. Bu barədə  Samsung təmsilçiləri Mobile World Congress-də bəyan ediblər. Hələ ötən ilin əvvəlində Samsung telefon istifadəçiləri üçün onlayn-mağazanın açılacağı söylənilmişdi. Apple şirkətinin App Store mağazası kimi,  Samsung da telefon brauzerlərinin vasitəsilə istifadəçilərə proqram alışlarını təqdim edəcək.

Yeni saytda əlavələrin işlənməsi üçün Samsung şirkəti, mütəxxəssislərin təhsil alması və işləməsinə təşkilatçılıq da edib. Proqramçılar təkcə kommersiya əlaqələrinin yaradılması ilə deyil, həm də pulsuz yükləmələrlə də məşğul olacaqlar.
Hələlik xidmətlərin ödənişinin necə olacağı məlum deyil.

Əvvəl mağazada 1100 proqrama çıxış olacaq. Xidmət Böyük Britaniyada testdən keçiriləcək. Tez bir zamanda isə hər yerdə açıq olacaq. Samsung Mobile-ın marketinq meneceri  Fil Nortxemin dediyinə görə, bu xidmət  proqram  işçiləri üçün sərfəli olacaq. Çünki bununla böyük auditoriyanın diqqəti məhsula cəlb olunacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə