Azərbaycanda 2013-cü ilə kimi rabitə və İT sahəsinin prioritetləri müəyyənləşib

17-04-2009 / 13:17

Prezident İlham Əliyev tərəfindən 14 aprel 2009-cu il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə ölkə əhəmiyyətli tədbirlərdə rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində regionlarda universal rabitə xidmətinin inkişaf etdirilməsi (2009-cu il), “Azdatakom” şəbəkəsinin xidmətlərinin regionlarda tətbiqinin genişləndirilməsi (2009-2012-ci illər) və ölkədə rəqəmsal TV yayım şəbəkəsinin təşkilinin dəstəklənməsi (2009-2012-ci illər) nəzərdə tutulur.

Bakı şəhərində rabitə sahəsinin təkmilləşdirilməsi üzrə paytaxtın poçt şəbəkəsinin optimallaşdırılması (2009-2012-ci illər), Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə mövcud ATS-lərin rekonstruksiyası və elektronlaşdırılması (2009-2012-ci illər) planlaşdırılır.

Qeyd edək ki, Dövlət Proqramında qeyd olunmuş tədbirlərin icrasının dövlət büdcəsi, büdcədənkənar dövlət fondları, idarə, müəssisə və     təşkilatların, Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin, yerli və xarici sahibkarların, beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri eləcədə digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə