Adobe firması Las-Veqasda Flash İnternet Texnologiyasının yeni bir növünü təqdim edib. \"Adobe Platforma for Digital Home\" adındakı texnologiya yüksək keyfiyyətlə ev elektronikası cihazlarına da köçürüləcək.
Adobe firmasının proqnozuna görə, bir neçə ay ərzində Flash platformasını dəstəkləyən ilk TV-lər və Blu-ray çalarlar bazara çıxarılacaq.
Bu cihazlar genişzolaqlı internet əlaqəsi ilə yalnız kiçikhəcmli YouTube kliplərini deyil, həm də tam həcmli filmləri də köçürə biləcək. Adobe, ev-kinosu-Flash ikiliyinin internet kompüterlərinin 100-də 98-ində yüklü olan kompüter proqramları ilə eyni dərəcədə məşhur olması üçün çalışır.
Adobe spikeri Aleksandr Hopstein Flash proqramını ekranı olan bütün elektronik cihazlara gətirmək istədiklərini açıqlayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri