16 iyunda Opera şirkəti özünün yeni Unite texnologiyasını təqdim etdi. Bu texnologiya, şəbəkəyə qoşulan istənilən kompüteri serverə çevirə bilər.
Servis sizə öz kompüterinizdə olan məlumatları veb-səyyah olan istənilən kompüterlə effektiv və təhlükəsiz paylaşmaq imkanı yaradır.
Beləliklə, siz öz dostlarınızla, yaxınlarınızla məlumatı paylaşmaq istədiyiniz zaman, faylı hər hansı bir fayl hostinqinə yükləməli olmayacaqsınız. Servisin köməkliyi ilə istifadəçi, hansı faylın, hansı istifadəçiyə çatdırılmasının lazım gəldiyini müəyyən edəcək.
Opera Unite servisinin köməkliyi ilə harda olmağınızdan və hansı qurğudan istifadə etməyinizdən asılı olmayaraq kompüterinizdəki faylları əldə edə biləcəksiniz. Əsas odur qurğu şəbəkəyə qoşulmuş olsun.
"Bu texnologiya həqiqətən də inqilabidir. İlk kompüterlərin yaranmasından və fayl mübadilə imkanlarının yaranmasından çox zaman keçib. Bu gün Opera Unite servisi istifadəçilərin məlumat mübadiləsini nəzərə çarpacaq dərəcədə rahatlaşdıracaq"- deyə Opera Software`nin baş direktoru Yon fon Teçner bildirib.
"İndi istifadəçilərin daha rahat mübadilə vasitəsi var. Təxmin edirik ki bu bizim bu günə qədər hazırladığımız ən öndəgedən texnologiyalardan biridir. Bu servis şəbəkə haqqında ənənəvi baxışları dəyişəcək"-deyə fon Teçner əlavə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri