Bu gün saat 15-00-da Nərimanov rayon məhkəməsində hakim Vüqar Məımmədovun sədrliyi ilə \"Xəzər Lənkəran\" klubunun prezidenti mais Məınsimovun \"Qaynar.info\"-nun baş redaktoru Zahir əzəmətə və \"Fanat.az\" idman saytının köşə yazarı Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq məhkəməsi keçirilib. Gözlənildiyinin əksinə olaraq, iddiaçı tərəf şikayətlərini geri götürməyib.
Qaynar.info-nun verdiyi xəbərə görə, prosesdə çıxış edən jurnalistlərin vəkili Xalid Bağırov saytın redaksiyasının Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək, işin aidiyyəti üzrə bu rayon məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırıb. Hakim V.Məmmədov vəsatəti təmin edərək, işin Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
\"Xəzər Lənkəran\" klubunun prezidenti Mais Məsimov özünün və ailəsinin şərəf-ləyaqətinin təhqir olunduğunu iddia edərək, jurnalistlərin Cinayyət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayətə cəlb edilməsini tələb edir.
Qeyd edək ki, N.Muxtarlı məhkəmə predmeti olan köşə yazılarında klub rəhbərliyini \"Xəzər Lənkəran\"ın son illərdə uğursuz çıxış etməsində əsas məsuliyyətli tərəf kimi yarıtmaz idarəçilikdə, 18 milyonluq yeyinti fatktlarını gizlətməkdə və s.-də ittiham edir.Z.Əzəmət isə Fanat.az saytının layihə rəhbəri kimi məhkəməyə verilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri