«ANS» və «Yeni Müsavat» arasındakı problem həll olundu?

04-09-2009 / 06:05

"Yeni Müsavat" qəzeti bu günki sayında, qəzetin 27 avqust 2009-ci il tarixli nömrəsində dərc olunmuş «ANS-in Ramazanda araq reklamı» sərlövhəli yazısı ilə bağlı üzrxahlıq dərc edib.
"Bir vicdanlı yanılma haqqında" adlı üzrxahlıq yazısında bildirilir ki, Zahid Səfəroğlunun köşə yazısında ANS-lə bağlı yer alan fikirlər teleşirkət rəhbərliyi tərəfindən etirazla qarşılandıqdan sonra, qəzetin baş redaktoru Rauf Arifoğlunun göstərişi ilə araşdırma aparılıb. Araşdırma zamanı ANS telekanalının Ramazan ayında araq reklamı verməsi xəbəri təsdiq olunmayıb. Məlum olub ki, "Men" arağı başqa bir telekanalda reklam olunub.

Qəzet həmçinin qeyd edir ki, bu, yazı müəllifi Zahid Səfəroğlu tərəfindən qabaqcadan düşünülmüş qərəzli yanaşma yox, vicdanlı bir yanılma olub: "İnanc Adamı olan müəllif özü də etiraf edir ki, o, telekanalları diqqətsizlik nəticəsində səhv salıb, yanlışa yol verib. O üzdən müəllif telekanal rəhbərliyindən və qəzetin dəyərli oxucularından üzrxahlıq edir. Bu üzrxahlığa qəzet də qoşulur."

"Yeni Müsavat" həmçinin əlavə edir ki, hər bir jurnalist faktlarla bağlı yanlışlığa yol verə bilər: "Ancaq biz bunu şişirdib konflikt səviyyəsinə qaldırmağın yox, hər zaman fikir-ifadə azadlıqlarına hörmət, jurnalist etikası, xoş məram və qarşılıqlı ehtiram mühitində çözümünün tərəfdarıyıq".

Məlumat üçün bildrək ki, ANS telekanalı adıçəkilən yazıyla bağlı artıq məhkəməyə müraciət edib. Qəzetin yanlışlığı etiraf etməsindən sonra ANS Şirkətlər qrupunun məhkəməyə təqdim etdiyi iddia ərizəsini geri götürüb-götürməyəcəyi bəlli deyil.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə