İctimai Televiziyanın (İTV) rəhbəri İsmayıl Ömərov «Eurovision» mahnı müsabiqəsilə bağlı yenidən hansısa məsələnin gündəliyə gətirilməsinin əleyhinədir.
Xeberler.az bildirir ki, Azadlıq radiosunun yaydığı məlumata əsasən o, müsabiqə ilə bağlı səslənən iradlarla əlaqədar yarışmanın keçirilməsi üzrə məsul komitəyə – Nəzarət Qrupuna beş ay əvvəl məlumat verildiyini və məsələnin də bununla bitdiyini deyir:
«Ermənilər bu şikayəti may ayında vermişdilər. Biz də onun izahatını vermişdik. Avropa Yayım Birliyi (EBU) nə qərar çıxarmışdı, biz də razılaşmışdıq».
Eurovision mahnı müsabiqəsinin keçirilməsi üzrə məsul komitə - Nəzarət Qrupu yarışma vaxtı İTV-nin Ermənistan musiqiçilərinin SMS nömrəsinin üstünü örtməsi ilə bağlı ittihamları müzakirə edib.
Qrup bildirib ki, əgər bu ittihamlar təsdiqlənərsə, televiziya cəzalandırılacaq.
Bundan əvvəl İTV AvropaYayım Birliyinə azad və ədalətli səsvermə ilə bağlı öhdəliyinə sadiq olduğunu bildirib.
İTV, 2 nəfər Milli Təhlükəsizlik Nazirliyinə çağırılsa da, bilavasitə müsabiqədə səsvermə ilə bağlı heç kimin rəsmi, yaxud qeyri-rəsmi sorğu-sual edilmədiyinə zəmanət verib.
EBU İTV-nin yarışma vaxtı erməni müğənnilərinin SMS nömrəsinin üstünü örtməsi ilə bağlı son qərarını iki həftə ərzində açıqlayacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri