“Sərhədsiz reportyorlar” Fanat.az-ın müdafiəsinə qalxdı

14-10-2009 / 10:32

Mais Mənsimovun iddiası əsasında Nəsimi rayon məhkəməsinin qərarını qətiyyətlə pisləyirik

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı “Xəzər Lənkəran” futbol klubunun sahibi Mais Mənsimovun iddiası əsasında Fanat.az saytının köşə yazarı Natiq Muxtarlı və layihə rəhbəri Zahir Əzəmətin islah işlərinə cəlb edilməsi haqqında Nəsimi rayon məhkəməsinin 7 oktyabr tarixli qərarını qətiyyətlə pisləyib.

“Hətta jurnalistlər böhtana yol veriblərsə belə, cəzaya müxalif mətbuat məhkum edilib. Biz güman edirik ki, cəzalandırılma səbəblərindən biri yazarlardan birinin eyni vaxtda müxalifyönlü Qaynar.info saytının rəhbəri olmasıdır”, deyə təşkilatın press-relizində qeyd edilib.

“Sərhədsiz Reportyorlar” Apellyasiya Məhkəməsini jurnalistlərin şikayəti üzrə qərəzsiz qərar qəbul etməyə çağırıb. Press-relizdə həmçinin yerli hakimiyyətə qanunvericiliyi dəyişmək, şərəf və ləyaqətin zədələnməsinə görə nəzərdə tutulan cinayət məsuliyyətini ləğv etmək çağırışı edilib.  // Turan


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə