Bir çox kompüter istifadəçisi üçün vacib suallardan biri də sabit diskində nə qədər yerin qaldığıdır. SpaceSniffer adlı ödənişsiz bir proqram, olduqca fərqli bir üsulla sizə bu məlumatı təqdim edir.
Proqramı işlətdiyinizdə sizdən əvvəlcə hansı sabit diski daramaq istədiyiniz soruşulacaq. Daxili və ya xarici bir sabit diskinizi seçdikdən sonra, sabit diskin içərisində olan ana qovluqlar və nə qədər yer tutduqları qarşınıza gələcək. Hər qovluq böyük bir düzbucaqlının (sabit diskin özü) içərisində fərqli ölçülərdə qutular şəklində təqdim ediləcək. Beləcə qovluğun içindəkilərin nə qədər yer tutduğunu yalnız görünüş olaraq müəyyənləşdirmək mümkün olacaq.
Sabit diskinizdə nə qədər yerin qaldığını öyrənmək istəyirsinizsə ödənişsiz SpaceSniffer proqramını bu ünvandan yükləyə bilərsiz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri