Dövlət televiziyasına İctimai televiziyadan üç dəfə çox vəsait ayrılıb

13-11-2009 / 19:27

2010-cu ilin dövlət büdcəsindən KİV-lərə və media qurumlarına ayrılması nəzərdə tutulan vəsaitin ümumi həcmi 45 milyon (mln) 335 min 729 manatdır.

Xeberler.az bildirir ki, RATİ-nin məlumatına əsasən Dövlət büdcəsi layihəsində bu vəsait belə bölüşdürülüb:

- Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) - 3 milyon 390 min 141 manat;

- Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyəti - 30 milyon 103 min 665 manat;

- “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Milli Nümayəndəliyi - 495 min 312 manat;

- İctimai Televiziya və Radio Şirkəti - 8 milyon 25 min 600 manat;

- “Azərbaycan” Nəşriyyatı - 601 min 920 manat;

- Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondu - 2 milyon 19 min 943 manat;

- Milli Televiziya və Radio Şurası - 699 min 148 manat.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə