TeliaSonera Azərbaycanda 3G-yə start verməyə hazırdır

17-11-2009 / 18:38

Əgər 20 il bundan qabaq hər hansı Azərbaycan vətəndaşına "mobil rabitə nədir" sualı ilə müraciət edilsə idi, 100 cavabdan 90-ı yəqin ki, “bilmirəm” olardı. Amma indi hətta ən kiçik yaşlı uşağa bu sualı versəz, dərhal söhbətin nədən getdiyini biləcək.

Azərbaycan bazarına mobil rabitə ötən əsrin 90-cı illərinin əvvəllərində gəlib. O zaman bazarda ancaq bir provayder fəaliyyət göstərdiyindən və köhnə texnologiya tətbiq olunduğundan həmin telefonlar heç də hamı üçün əlçatan deyildi. Amma Azercell şirkəti ölkədə GSM  texnologiyasını tətbiq edəndən sonra bu rabitə növü  kütləviləşdi. Hazırda tələbədən tutmuş varlı biznes adamlarına kimi hər kəsin əlində qiyməti cibinə uyğun olan  mobil telefon görmək olar.  Bəlkə elə bu səbəbdəndr ki,  mobil rabitə bazarında bir neçə provayder fəaliyyət göstərsə də, Azercell  daha öncül yer tutur.  Azərilər bu rabitəni onlar üçün əlçatan edən şirkətə öz sadiqliklərini qoruyub saxlayırlar.

Amma ölkədə heç də hamı Azercell-in dünyanın ən aparıcı mobil texnologiyalarının müəllifi və yayıcısı olan İsveçin TeliaSonera ailəsinin üzvü olduğunu bilmir. Elə mən də bunu  TeliaSoneranın baş qərargahına etdiyim səfər zamanı öyrəndim. İsveç paytaxtı Stockholm-da yerləşən TeliaSonera-nın baş ofisi öz sadəliyi və eyni zamanda işgüzarlığı ilə seçilir.

Bu şirkət Avroasiya bazarında ciddi uğurlara malikdir. Belə ki, TeliaSonera Türkiyə, Rusiya, Tacikistan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Moldova, Nepal, Kombodca və əlbəttə  Azərbaycanda uğurla fəaliyyət göstərir. Sual edərsiniz ki, bu uğurun səbəbi nədir? Mən də bu sualla maraqlandım. TeliaSonera şirkətinin vitse-prezidenti və kommunikasiya qrupunun rəhbəri Sisiliya Edströmun dediyinə görə, bu uğurun əsas səbəbi bazarı yaxşı öyrənmələri, yeni texnologiyalara əsaslanan keyfiyyətli mobil rabitə növlərini  təklif etmələridir.

TeliaSonera nədir?

TeliaSonera şirkətinin 15-dən çox yaşı var. Hazırda onun dövriyyəsi 60 milyard dollar təşkil edir. Şirkətdə 30 mindən çox adam çalışır. Bu şirkət daha qədim tarixə malik olan Telia və Sonera şirkətlərnin birləşməsindən yaranıb. 1956-cı ildə şirkət ilk mobil rabitə növünü tətbiq edib. Avtomatik birləşməni nəzərdə tutan şəbəkə isə 1981-ci ildə yaranıb və bunu müasir anlamda olan mobil kommunikasiyanın yaranışı günü hesab etmək olar. Telia şirkətinin səhmləri dövriyyəyə 2000-ci ildə buraxılıb. 2002-ci ildə İsveçin Telia şirkəti Finlandiyanın Sonera şirkəti ilə birləşib. Şirkətin mobil rabitə xidmətinin prezidenti Kennts Karlberqin dediyinə görə, hər dəfə yeni texnologiyalar tətbiq edərkən lisenziya almaq baxımından şirkət müəyyən çətinliklərlə üzləşib. Bununla yanaşı Skandinaviya bazarında uzun illər boyu qazandığı uğurları yeni bazarlarda daha sürətlə tətbiqinə çalışıb.

Kennts Karlber deyir ki, 90-cı illərin sonlarında şirkət yüksək keçiriciliyi nəzərdə tutan Vilan şəbəkəsini tətbiq edib. Şirkət analoqlu rabitədən başlayıb və GSM/GPRS-ə qədər uzun yol keçib. Birinci dəfə məlumatın mobil ötürülməsinin rahatlığını Kennts Karlberq 1999-cu ildə Cenevrədə keçirilən konfrans gedişində hiss etdiyini söyləyir. “Biz onda aldığımız suyun dəyərini mobil telefon vasitəsilə ödəmişdik və bu hamını heyran etmişdi”-deyən TeliaSonera rəsmisinin sözlərinə görə,  şirkət hazırda üçüncü nəsil rabitə növününü (3G inkişafı) genişləndirmək və dördüncü nəsil rabitəni (4G) yaratmaq üzərində çalışır.

3G və 4G-nin  yaranma səbəbləri və gərəkliliyi

Kennts Karlberqin dediyinə görə, üçüncü və dördüncü nəsil mobil rabitəni yaratmaqla TeliaSonera adi bir problemi həll etməyi qarşısına məqsəd qoyub. Necə etmək ki, müştəri onun  xidmətlərindən daha sadə üsulla istifadə etsin? Məhz bu sual ətrafında düşüncələr ücüncü və daha sonra dördüncü nəsil mobil telefonların yaranmasına təkan verib. Kennts Karlberq söyləyir ki, bizdə sürət və yüksək texnologiya var. Amma istifadəçiyə sadə istifadə üsulu təklif etmək lazım idi. Beləliklə İphone yaranıb.  Gələcəkdə isə şirkət bütün  internetə ancaq simsiz daxil olmanı təmin etmək üzərində düşünür.

Kennts Karlberq 2010-cü ilin əvvəllərində şirkətin 4G mobil rabitə növünü Skandinaviya ölkələrində tətbiq etmək və 3G-ni digər ölkələrin bazarlarında inkişaf etdirmək niyyətində olduğunu dedi. "Bəs görəsən 3G olmayan ölkələrdə, məsələn lap elə Azərbaycanın özündə  4G-yə keçmək olarmı" sualına cavabında isə Kennts Karlberq  bildirdi ki,  nəzəri cəhətdən bunu etmək mümkündür. Əsas odur ki, bu texnologiyaların tətbiq olunduğu dövlətlərin texniki imkanları  buna imkan versin və əhalinin yeni texnologiyalarla işləyən telefonlar alması üçün şərait olsun.  TeliaSonera rəsmisi təcrübədə bunun mümkün olmadığını deyir və şirkətin hər bir bazarda yeni texnologiyaları mərhələli tətbiqinə üstünlük verdiyini söyləyir. 

Kennts Karlberqlə söhbətdən o da bəlli oldu ki, işlədiyi bazarlarda yeni texnologiyalara ehtiyacın olub olmaması TeliaSoneranı az maraqlandırır. İlk olaraq şirkət bazara girərkən ən yüksək texnologiyaları tətbiq etməyə imkan verən lisenziyaları almağa çalışır. Daha sonra isə baxır bazarın vəziyyətinə. Tələbata uyğun olaraq yeni xidmətlər müştərilərə təqdim olunur.

TeliaSoneranın təkcə texnologiya demək deyil:

TeliaSonera texnologiyalar işləməkdən başqa həm də böyük telefon və  kompüter satıcısıdır. Bu şirkətin mağazalarında telefon və lap-top-ların qiyməti Azərbaycandakılardan baha olsa da öz orijinallığı və keyfiyyəti ilə müştərinin ürəyinə yatır. Məsələn, Bakıda 230 manata ala biləcəyim telefonu TeliaSoneranın dükanında 10% baha qiymətə gördüm. Amma telefonu əlimə alanda bunu kustar yolla hansısa üçüncü ölkədə buraxılması ağlıma belə gəlmədi. Fintlərin bağlanmasından tutmuş korpusunun keyfiyyətinə qədər hər bir şey əlində necə deyərlər təmiz mal tutduğunu xəbər verir. Eyni şeyi lap-top-lar barədə də söyləmək olar.

TeliaSonera menecerlərinin dediyinə görə, əgər əvvəllər şirkət əsasən yen texnologiyalarn icadı üzərində baş sındırırdısa ind satışın keyfiyyətinə xüsusi diqqət yetirir. Mağazalarda müştəriyə yüksək xidmət şirkətin əsas amaclarındn biridi. Digər şirkətlərdən fərqli olaraq burada sizə pulsuz kompüter bilikləri verilir. Yəni sizin heç vaxt kompüteriniz olmayıbsa burada istənilən proqramdan istifadəni sizə müftə öyrədirlər. TeliaSonera dükanının menecerinin dediyinə görə,  bu xidmət hesabına onlarda satışın həcmi digər dükanlardan 4-5 faiz çoxdur.  

TeliaSoneranın bazarları fəth etmə siyasəti

TeliaSonera şirkətinin vitse-prezidenti  və kommunikasiya qrupunun rəhbəri Sisiliya Edströmun dediyinə görə, əgər bazarlarda artımdan danışsaq Avrasiya məkanı TeliaSonera üçün ən mənfəətli bazar sayılır. 2002-ci ildən başlayaraq şirkətin abonent bazası durmadan artır və hazırda bölgədə 118 milyon abunəçyə malikdir. Abunəçilərin sayına görə, ölkələr bir-birindən fərqlənir. Əsasən şirkət əhalisi az, ərazisi orta və mobil rabitənin zəif olduğu ölkələrə girməyə çalışır. Nepal və Kombodca buna bariz nümunədir. Rusiya da mobil telefonların yayılma faizi  140%  təşkil edir. Amma bu heç də hamının telefona malik olması demək deyil. Sadəcə Rusiyada bir nəfərin bir neçə telefonu var.

Azərbaycan, Gürcüstan, Moldova, Tacikistan, Özbəkistanda mobil telefonların yayılma faizi  75-80 faizdir. Qazaxıstan və Türkiyədə bu göstərici 100 faizə yaxındır. Kambodjoda -  50 faiz, Nepalda isə 25 faizdir. Adı çəkilən post sovet  respublikalarında TeliaSonera artıq 15 ildir ki, fəaliyyət  göstərir. Sisiliya Edströmun sölərinə görə, bu bazar şirkət üçün önəmlidir və o, burada uzun müddət qalmağa hazırlaşır. TeliaSonera ən çox abunəçiyə Rusiya və Türkiyədə malikdir. Burada onların sayı müvafiq olaraq 48,324 milyon və  36,300 milyon təşkil edir.  Qazaxıstan, Azərbaycann və Gürcüstanda  bu göstərici kiçik olsa da bu ölkələrin əhalisinin azlığını nəzərə alanda  rəqəm olduqca cəlbedici görünür. Şirkətin Azərbaycanda 3,7 milyona yaxın, Gürcüstanda  - 1, 560 milyon, Qazaxıstanda 7,082 milyon, Özbəkistanda  4,759 milyon abunəçisi var. Azərbaycanda o,  Azercell, Qazaxıstanda - Kcell, Gürcüstanda - Geocell, Öbəkisyanda  - Ucell, Moldovada -  Moldcell şirkətləri ilə təmsil olunub.

Ümumiyyətlə bu şirkətlərə maliklik özü qəribə mexanizm üzrə qurulub. Hətta Sisiliya Edström bunun mürəkkəbliyinə hər dəfə təəccübləndiyini deyir. Belə ki TeliaSonera Türkcell-də 37,3 faiz  paya malikdir. Azercell, Kcell, Geocel, Ucell, Moldcell kimi şirkətlərdə təmsilçilik  TeliaSonera və Türksell-in yaratdığı  FinturHolding B.V şirkəti vasitəsilə təmsil olunub. Bu şirkətdə TeliaSonera  58,55 faiz, Türkcell isə 41,45 faiz paya maklikdir. Meqafonda isə TeliaSoneranın  təmsilçiliyi birbaşadır və 43,8 faiz təşkil edir.

TeliaSonera Azərbaycanda

Artıq qeyd etdiyimiz kimi TeliaSonera şirkəti Azərbaycanda  Türkcell ilə birgə yaratdığı  Azercell şikəti ilə təmsil olunub. Burada şirkət 3,7 milyon abunəçiyə malikdir. Mobil penetrasiya faisi isə 75 faiz təşkil edir. Azərbaycan bazarının 55 faizi Azercell istifadəçiləridir. Bu şirkət ölkə ərazisinin 99.6 faizini əhatə edir. Hazırda TeliaSonera Azercell vasitəsilə Azərbaycanda çox uğurla GSM sistemini inkişaf etdirir və üçüncü nəsil (3G) mobil rabitəni işə salmağa tam hazırdır. Bunları söyləyən TeliaSoneranın prezidenti Lars Nüberqin sözlərinə görə, hazırda şirkət Azərbaycan dövlətinin 3G üçün nə vaxt onlara lisenziya verəcəyini gözləyir. Cənab Nüberq deyir ki,  3G-nin Azərbaycanda tətbiqinin bir qədər uzanması onda təəssüf yaradır. Bununla belə regiondakı digər operatorlar da 3G-ni hələ tətbiq etməyiblər. Cənab Nüberq eyni hadisənin Qazaxıstanda da baş verdiyini və bu məsələni Qazaxıstan prezidenti ilə müzakirə etmək niyyətində olduğunu  söyləyir.

“Zənnimcə Azercell-in Azərbaycanda işləməkdən və aparıcı mövqeyə malik olmaqdan inanılmaz təcrübəsi var. Azercell yüksək keyfiyyat anlamına gəlib. Üç məqamı qeyd etmək istərdim: şəbəkə keyfiyyəti, müştəri ilə işləmək qabiliyyəti və struktur. Bu amillər həm İsveçdə, həm də Azərbaycanda aparıcı elementlərdir. Zənimcə, Azercell bunlara malikdir və öz işi ilə bunu nümayiş etdirib. İnanıram ki, bu belə də davam dəcək”, deyə cənab Nüberq əlavə etdi.

Azercell şirkəti Azərbaycana gələrkən bazarın 70 faizini idarə edirdi. Üçüncü mobil operator peyda olandan sonra isə bu göstərici 57.6 faizə düşdü. Sizcə bu nə ilə bağlıdır sualına cavabında isə Lars Nüberq belə cavab verdi: “Hər hansı bazarda və hər hansı ölkədə 70 faizlik paya sahib olmaq çox qeyri-adidir. Ənənəvi olaraq bazara təzə daxil olanda siz 1 və ya 2 oyunçu ilə qarşılaşırsınız, hansılar ki ilkin riskləri öz üzərinə götürür. Onlar hamını Azərbaycanda mobil rabitənin perspektivinə inandırır və sonradan tənzimləyiçi (Rabitə nazirliyi) III operatora ehtiyacın olduğunu bəyan edir. Bu tənzimləyicinin müdrik balans yanaşmasıdır. Sizə bir ornək gətirim Kombocadan. Biz bu olkəyə təzə gələndə bazar məhdud olsada 4 operator var idi. Amma indi orada 11 operator var. Bir ölkədə 11 operator olanda siz biznesinizin gələcəyinə dair düşünüb-daşınırsız. Ona görə biz Kombocadakı əməliyyatlarımızı genişləndirməkdən vaz keçdik. Təbii ki, tənzimləyici mümkün qədər çox oyunçu istəyir. Təbii ki, mən payın 70 faizdən 57.6 faizə kimi düşməsindən təəssüflənirəm. Amma siz məndən soruşsanız ki “mən 57.6 faizlik paydan məmnunammı” mən deyəcəm ki “mən çox məmnunam” çünki biz İsveçdə malik olduğumuz 43 faizlə çox uğurlu mövqedəyik. Hamı buna fantastik bir göstərici kimi baxır”.

Hazırda TeliaSonera şirkəti Gürcüstan, Moldova, Tacikistan, Özbəkistan, Nepal  və Kombodcada 3G lisenziyasını alıb. Lisenziyanı almadığı ölkələr isə Qazaxıstan və Azərbaycandır. Bu günlərdə Azərbaycanın  Rabitə və Texnologiyalar naziri Əli Abbasov bu ilin dekabrında sənədləri hazır olan şirkətlərə  belə lisenziyanın veriləcəyini bəyan edib. TeliaSonera rəhbərinin sözlərini əsas götürsək Azercell şirkəti bu imkana malik ola biləcək ilk şirkət olmalıdır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə