Dünyada mərkəzi kabelsiz internetə daxilolma xidmətindən istifadə edən abunəçilərin sayı artır.
Xeberler.az-ın verdiyi məlumata görə, məşhur kabelsiz internet xidməti Wimax 2001-ci ildə rəsmi olaraq istifadə edilməyə başlanılmışdır.
Kabelləri ortadan qaldıran və interneti tək bir mərkəzdən insanlara yaymağı hədəfləyən Wimax texnologiyası dünyanın fərqli ölkələrində artıq geniş şəkildə istifadə edilməyə başlanır. Wimax tək bir vericidən kabelsiz internet modem köməyi ilə yüksək sürətdə internetə daxilolmağı təmin edir.
Hazırda dünya səviyyəsində 80-dən çox ölkədə Wimax texnologiyasından istifadə edilir. Son rəqəmlərə görə, ABŞ-da Clearwire-nin Wimax abunəçi sayı 173 mini keçib.
Rusiyada 200 min və Malayziyada 130 min abunəçinin istifadə etdiyi Wimax xidməti xüsusilə daşına bilər cihazların yayılması ilə, sabit olmayan nöqtələrdə internetə daxilolmağa ehtiyac duyan istifadəçilər üçün faydalı bir xidmətdir.
Wimax xidmətinin xüsusilə 2011 və 2012-ci illərdə zirvəyə yüksələcəyi təxmin edilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri