Previous Next
Bağla

Genişzolaqlı internetin inkişaf perspektivləri müzakirə olunub

30-10-2015 10:50
Genişzolaqlı internetin inkişaf perspektivləri müzakirə olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

AMEA İnformasiya Texnologiyaları İnstitutundan Xeberler.az-a verilən məlumata görə, seminar “Genişzolaqlı internet: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusuna həsr olunub. Təqdimatla institutun sektor müdiri Məmməd Rəşidov və proqramçı Oqtay Ələkbərov çıxış edib.

Məmməd Rəşidov genişzolaqlı internetə keçidin əsas texnologiyalarının təsnifatı, ADSL və DOCSIS texnologiyaları haqqında məlumat verib. “Wi-Fi Alliance” şirkəti tərəfindən hazırlanmış Wi-Fi texnologiyasının inkişaf perspektivlərindən danışan M.Rəşidov gələcəkdə bu texnologiyada yeni standartların tətbiqinin nəzərdə tutulduğunu söyləyib.

“WiMAX texnologiyası geniş spektrli qurğuları universal simsiz rabitə ilə təmin etmək məqsədi ilə hazırlanır”, – deyə bildirən M.Rəşidov qeyd edib ki, Wi-Fi şəbəkələri ilə müqayisədə WiMAX daha böyük əhatə dairəsi, internetə yüksəksürətli çıxış imkanı ilə fərqlənir.

Digər məruzəçi O.Ələkbərov ötən əsrin sonlarında WiMAX-a alternativ olaraq yaradılmış HSPA (High Speed Packet Access) texnologiyasından söz açıb. Məruzəçinin sözlərinə görə, bu texnologiya mütəxəssislər tərəfindən LTE (Long Term Evolution) – dördüncü nəsil (4G) mobil rabitə texnologiyalarına keçid kimi nəzərdə tutulur. Qeyd edib ki, LTE-şəbəkəsinin əsas üstünlüyü onun GSM və CDMA tipli operatorların mövcud avadanlıqlarının bazasında yaradılması, o cümlədən 2G və 3G abonent qurğularını dəstəkləməsidir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
«Huawei» şirkəti «WiMAX Forum»un Direktor Şurasına daxil olub

«Huawei» şirkəti «WiMAX Forum»un Direktor Şurasına daxil olub

03-04-2009
WiMAX və LTE texnologiyalarının dəstəyi ilə yeni elektron məhsullar təqdim ediləcək

WiMAX və LTE texnologiyalarının dəstəyi ilə yeni elektron məhsullar təqdim ediləcək

22-09-2008
«AzQtel» şirkəti regionlarda genişzolaqlı internet xidmətləri göstərəcək

«AzQtel» şirkəti regionlarda genişzolaqlı internet xidmətləri göstərəcək

16-11-2009
"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

19-10-2021
Ölkənin bütün yaşayış məntəqələrində 4G şəbəkəsi olacaq

Ölkənin bütün yaşayış məntəqələrində 4G şəbəkəsi olacaq

27-04-2015
Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009
Mobil hesablama buludların imkanları müzakirə edilib

Mobil hesablama buludların imkanları müzakirə edilib

25-02-2017
Cari ildə Azərbaycanda  Wimax  texnologiyasının tətbiqi gözlənilir

Cari ildə Azərbaycanda Wimax texnologiyasının tətbiqi gözlənilir

24-07-2009
“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015
Nazirlik simsiz rabitə texnologiyası istifadəyə verdi

Nazirlik simsiz rabitə texnologiyası istifadəyə verdi

29-03-2018
Bakcell WiMAX texnologiyasını nümayiş etdirib

Bakcell WiMAX texnologiyasını nümayiş etdirib

12-11-2008
ADSL tarixdə qalır, Wimax dövrü başlayır

ADSL tarixdə qalır, Wimax dövrü başlayır

09-12-2009
Bakıda mövcud təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı  təmin olunub

Bakıda mövcud təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub

31-07-2024
“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə  edilir”

“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə edilir”

08-04-2016
 Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017
Mobil şəbəkə texnologiyalarının tətbiqi müzakirə olunub

Mobil şəbəkə texnologiyalarının tətbiqi müzakirə olunub

04-06-2016
Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018
AzScienceNet şəbəkəsi təkmilləşdirilir

AzScienceNet şəbəkəsi təkmilləşdirilir

01-10-2015
AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016
Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017
WiMAX`ı dəstəkləyən ilk telefon Samsung`dan gəldi

WiMAX`ı dəstəkləyən ilk telefon Samsung`dan gəldi

20-04-2009
Delta Telecom WiMAX şəbəkəsinin istifadəyə verildiyini bildirib

Delta Telecom WiMAX şəbəkəsinin istifadəyə verildiyini bildirib

06-01-2010
Bulud texnologiyasının e-təhsildə tətbiqi müzakirə edilib

Bulud texnologiyasının e-təhsildə tətbiqi müzakirə edilib

10-11-2016
Bakıda internetin sürət və keyfiyyəti artırılır

Bakıda internetin sürət və keyfiyyəti artırılır

25-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə