Mobil telefonla müayinə

23-06-2010 / 05:37

Yeni proqram stress və çəki dəyişikliklərini göstərməklə qandakı spirti ölçə bilir.

Finlandiya Texnologiya Araşdırmalar Mərkəzinin doktoranturasında təhsil alan Ellina Mattila sağlamlıq müayinəsi edə bilən mobil telefon proqramı hazırladıqlarını bildirib.

Yeni proqram stress və çəki  dəyişikliklərini göstərməklə qandakı spirti də ölçə bilir. Qan təzyiqi və nəbz vurmalarını da sayan proqramda istifadəçilərin tutduğu  qeydlər hesablanır  və nəticələri eyni anda yaddaşa köçürülə bilir.

İxtiraçı doktorant jurnalistlərə açıqlamasında  “dərman və texnologiya şirkətləri buna bənzər işlər görür. Diabet xəstələrinin istifadə etdiyi qısa mesaj bunlardan yalnız  biridir. Hazırda bir çox proqramlar tətbiq olunsa da heç birində  hazırladığımız yeni proqram qədər sadə və fərqli funksiyaları yoxdur”, - deyib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə