Bakı Dövlət Universiteti ilə (BDU) MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzi arasında memorandum imzalanıb.
Xeberler.az-ın BDU-nun www.bdu.edu.az rəsmi saytına əsasən verdiyi məlumata görə, sənəddə hər iki tərəf arasında elmi simpozium, seminar və konfransların təşkili, nanotexnologiya sahəsində beynəlxalq proqram və layihələrdə birgə iştirak, təhsil proqramlarının həyata keçirilməsi, həmin sahədə innovasiyaların inkişafı və investisiyaların qoyulması məsələlərinin təşkili nəzərdə tutulur.
Memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru, Nüvə Tədqiqatları Birləşmiş İnstitutunun direktor müavini Aleksandr Ruzayev imzalayıb.
Memorandumda, həmçinin Azərbaycanda innovasiya proyektləri üzrə informasiya bazalarının yaradılması, maliyyə mənbələrinin cəlb edilməsi, elmi-tədqiqat işləri, innovasiya və təhsilin səviyyəsinin artırılması, universitetin maddi-texniki bazasından istifadə və alimlərin MDB NBİM-in kollektiv istifadə mərkəzlərində sərbəst çalışması üçün lazımi şəraitin yaradılması məsələləri də əksini tapıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri