BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025 / 14:18

Bakı Dövlət Universiteti (BDU) rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti “Huawei Technologies Co, LTD” şirkətinin rəsmi dəvəti ilə Çində rəsmi səfərdədir. Azərbaycanın bir sıra universitetlərinin də təmsil olunduğu səfər çərçivəsində yüksək texnologiyalar, süni intellekt və ali təhsildə innovasiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Xeberler.az məlumat verir ki, nümayəndə heyəti dünyada texnologiyalar şəhəri kimi tanınan Shenzhendə “Huawei” Korporativ Biznes Sərgi Zalı”nı və “5G və Süni İntellekt Sərgi Zalı”nı ziyarət edib, şirkətin təqdim etdiyi qabaqcıl texnologiyalarla tanış olub. Ziyarət zamanı süni intellekt, 5G və 5G-A, bulud texnologiyaları və smart şəhər həlləri sahəsində şirkətin tətbiqləri barədə ətraflı məlumat verilib, yüksək texnologiyaların, süni intellektin təhsil və tədqiqat sahələrində tətbiqi imkanları nümayiş etdirilib.

“Huawei”in korporativ kommunikasiyalar üzrə vitse-prezidenti David Vang, Yaxın Şərq və Mərkəzi Asiya üzrə vitse-prezidenti Angela Lin və şirkət əməkdaşların da iştirak etdiyi və baş ofisdə keçirilən rəsmi görüşdə “Artificial İntelligence”və “İntelligent Education” tətbiqləri, ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib, texnologiya, təhsil və elm sahələrində gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ali təhsil müəssisələri ilə tərəfdaşlıq imkanları, tələbələrin tədris və təcrübə proqramları, birgə layihələr və innovativ laboratoriyaların yaradılması üzrə konkret addımlar müəyyən edilib.

Səfər çərçivəsində BDU və “Huawei” şirkəti arasında memorandum imzalanıb. Əməkdaşlıq çərçivəsində universitetin tələbələri və tədqiqatçıları üçün texnologiya və innovasiya sahəsində təlim və təcrübə proqramlarının həyata keçirilməsi, BDU-nun müvafiq fakültələrində süni intellekt və informasiya-kommunikasiya texnologiyaları üzrə birgə tədqiqatların aparılması, smart texnologiyalar və 5G infrastrukturu sahəsində tədris və laboratoriya imkanlarının genişləndirilməsi, həmçinin gələcəkdə birgə innovasiya mərkəzlərinin yaradılması və startap ekosisteminin dəstəklənməsi nəzərdə tutulur.

Səfər çərçivəsində nümayəndə heyəti Çinin Dongguan şəhərində yerləşən “Huawei” Tədqiqat və İnkişaf Kampusunda, Dongguan Texnologiya Universitetində və Qlobal Kibertəhlükəsizlik Transparant Mərkəzində də görüşlər keçirəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə